Icma.az
close
up
RU
Dünya ictimaiyyətinin Azərbaycana ehtiramı daha da artacaqdır

Dünya ictimaiyyətinin Azərbaycana ehtiramı daha da artacaqdır

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Azərbaycan dövləti dünyanın siyasi maraqları ilə əhatələnmiş dövlətlətlərindən biridir. Bu maraq təkcə onun siyasi nüfuzu ilə bağlı deyil, həm də onun tolerantlığı, bəşəriliyi ilə bağlıdır. Belə dövlətlər dünya siyasi sistemində nüfuzlu dövlətlərdən hesab edilir. İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanması Azərbycanın nüfuzunu da, ona olan etimadı və ehtiramı da yüksəltdi. Bu yüksəliş dövlətlərarası münasibətlər sistemində rəğbətlə əhatələndi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə də bu fikirlərin təsdiqidir. Dövlət başçımız müsahibəsində qeyd etdi ki, istər siyasi inkişafın, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun olub. “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almağı böyük şərəf hesab edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”.
Azərbaycan bəşəri dövlət kimi bəşəri niyyətlilərlə, bəşəri niyyəti fəsliyyətinin başlıca istiqaməti bilən beynəlxalq təşkilatlarla həmişə səmimi münasibətləri inkişaf etdirib. Son vaxtlar Avropa Parlamentinin Azərbaycana qərəzli münasibəti dünyanın nizamına pozucu təsir də göstərib. Bu səbəbdən onun Azərbaycana qarşı münasibəti, bu münasibəti əhatələyən tənqidi çıxışları hələ də davam etməkdədir və Azərbaycan daha buna əhəmiyyət vermir: “Bəli, reaksiya verməyi dayandırmışıq. Keçmişdə reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.
Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. İndi sərhədlərimiz tam ciddiyəti ilə qorunur, qorunacaq da. Bu, dövlətçilik qanunudur. Dövlət, dövlətin sərhədləri həmişə ehtimali həmlələrlə əhatələnir. Bu səbəbdən potensial risklər də mövcuddur. Azərbaycanda daxili risklər mövcud deyil. Bütün potensial risklərin kənardan qaynaqlandığını bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi ki, “Bu səbəbdən hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. İşğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur. Enerji bazarına gəldikdə, gördüyünüz kimi, neftin qiyməti sabitdir - ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilinməsinə ehtiyacı var. Ümid edirəm ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. İstəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycan gerçəkliklərinin bir hissəsini əhatə etməklə tarixləşdi. Bu gerçəklik də dünya ictimaiyyətinin Azərbaycana daha səmimi ehtiramı ilə nəticələnəcəkdir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Yanvar 2026 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri