Icma.az, 525.az portalına istinadən məlumat yayır. Elman QULİYEV Filologiya elmləri doktoru, professor, ADPU Türkoloji mərkəzin Türk ədəbiyy
Romanın mifizm və realizm qatı bir tərəfdən mövzu və məzmun rəngarəngliyini, fərqli hadisələrə keçidin mobilliyini təmin edirsə, digər tərəf
Romandakı bədii sistem mifik-real düşüncə üzərində qurulsa da, mahiyyət tarixi-real ifadə tərzində mənalandırılır.
Ona görə də bəzi istisnaları nəzərə almasaq, romanda insan və cəmiyyət kontekstindən kənaraçıxmalar müşahidə olunmur.
"Dəlixana" romanının ənənəvi ədəbiyyat qəliblərindən uzaq olması əsərdəki mətnlərin dərkini xeyli çətinləşdirir.
Lakin standart ədəbiyyat qəliblərindən uzaqlaşma oxucu marağını azaltmır, onu yazıçının yazdıqlarına inandırmağa mane olmur.
Romanda ideyanın təqdimatı dəlixana pasiyentləri olan İmperator, Çingiz xan, Böyük İsgəndər, Kleopatra, Afinalı Tais, Lir və Kozucağın dəlixanadan qaçmaları üzərində qurulur.
Dəlixanadan qaçan yeddi nəfərin əsas məqsədi müqəddəs torpaqlara gedib tövbə etmək, Allahdan əfv diləmək və günahlarını bağışlatmaq idi.