Icma.az
close
up
RU
Dünya nizamına və bəşərin xilasına yeni bədii fəlsəfi baxış

Dünya nizamına və bəşərin xilasına yeni bədii fəlsəfi baxış

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Elman QULİYEV
Filologiya elmləri doktoru, professor, ADPU Türkoloji mərkəzin Türk ədəbiyyatı bölməsinin müdiri, TÜRKSOY kafedrasının üzvü

Çağdaş qırğız ədəbiyyatının görkəmli nümayəndəsi Sultan Rayevin "Dəlixana" romanı problemləri qlobal səviyyədə dəyərləndirmək, yaşamaq fəlsəfəsinin mahiyyətini dərk etmək, dünya nizamının pozulma faktorlarını üzə çıxarmaq, bütün məqamlarda insanın aliliyini göstərə bilmək imkanlarına görə fərqlənən nəsr nümunəsidir. Romanın mifizm və realizm qatı bir tərəfdən mövzu və məzmun rəngarəngliyini, fərqli hadisələrə keçidin mobilliyini təmin edirsə, digər tərəfdən standartlardan çıxaraq ideyanın estetikasını özünəməxsus şəkildə çatdırmağa imkan verir. Romandakı bədii sistem mifik-real düşüncə üzərində qurulsa da, mahiyyət tarixi-real ifadə tərzində mənalandırılır. Ona görə də bəzi istisnaları nəzərə almasaq, romanda insan və cəmiyyət kontekstindən kənaraçıxmalar müşahidə olunmur.

"Dəlixana" romanının ənənəvi ədəbiyyat qəliblərindən uzaq olması əsərdəki mətnlərin dərkini xeyli çətinləşdirir. Lakin standart ədəbiyyat qəliblərindən uzaqlaşma  oxucu marağını azaltmır, onu yazıçının yazdıqlarına inandırmağa mane olmur.

Romanda ideyanın təqdimatı dəlixana pasiyentləri olan İmperator, Çingiz xan, Böyük İsgəndər, Kleopatra, Afinalı Tais, Lir və Kozucağın dəlixanadan qaçmaları üzərində qurulur. Dəlixanadan qaçan yeddi nəfərin əsas məqsədi müqəddəs torpaqlara gedib tövbə etmək, Allahdan əfv diləmək və günahlarını bağışlatmaq idi. Qılıncı ilə dünyanı fəth edən İmperator, Asiyanı diz çökdürən Çingiz xan, Böyük İsgəndər, keçmiş aktyor Lir, Afinalı Tais, cazibə simvolu Kleopatra və Kozucağ ləqəbli bu şəxslər tam əmin idilər ki, Müqəddəs torpaqlara çatan kimi bütün günahlardan qurtulacaq və həyatdan zövq alaraq yaşayacaqlar.

Bu adlar onlara dəlixananın baş həkimi tərəfindən verilmişdi. Onlar uzun müddət bu adlarla çağırıldıqlarına görə əsl adlarını belə unutmuşdular. Bu adlar düşüncələrimizdə uzaq minillərdə yaşayan insanların obrazlarını yaratsa da, əslində, onların timsalında insanlıq tarixinin (həm də ruhunun) davamlı olaraq keçdiyi yol, cəmiyyətin bugünkü reallıqları və hadisələri assosiativlik qazanır. Yazıçının tanınmış rus alimi, kosmik tədqiqatların görkəmli nümayəndəsi Konstantin Sialkovskidən gətirdiyi sitat bu baxımdan xarakterikdir: "İnsan öləndən sonra vücudunun atomları parçalanaraq bütün kainata səpələnir. Sonra da başqa varlığa yerləşib ikinci həyatına başlayır..."

Müəllifin ruhun ikinci həyat yaşamı  fəlsəfəsində "xoşbəxtlik və bədbəxtlik" daşıyıcılıq konsepti təsadüfi səciyyə daşımır. Sialkovski ilə yanaşı, Tolstoyun, Pifaqorun və digərlərinin xatırlanması məqsədli olaraq dünya nizamının pozulmasının qarşısının alınmasına və fəlakətlərdən xilas olmağa xidmət göstərir, həm də uzaq keçmişdən bu günə keçidi təmin edir.

Sultan Rayev, yaradıcılıq üslubuna sadiq qalaraq, "Daşqın" romanında olduğu kimi, "Dəlixana" əsərində də hadisələri reallıqla mifikliyin paralelliyində əks etdirməyə üstünlük verir. Bu səbəbdən öz məqsədləri naminə Müqəddəs torpaqlara üz tutan obrazların real həyat tarixçəsi (həm də mübarizəsi) bir neçə minillərdən keçən insanlığın bütöv bir epoxasının tərkibi (həm də təkrarı) kimi təqdim edilir və ideya bu kontekstdə müəyyənləşir.

Bəşəriyyəti fəlakətlərdən, pisliklərdən qurtarmaq, qiyamət günündən uzaqlaşdırmaq, insanlığı "dəlixanalardan" xilas etmək romanın əsas qayəsini təşkil edir.

Üzərində "Müqəddəs" yazılmış bir kitabın romanda yer alması bəşəriyyətin xilası yollarının axtarılması işində önəmli rol oynayır. Lakin bu kitab həm də dünyanın müasir reallıqlarını ifadə etmək baxımından fərqlənir: "Dünyanı tamahkarlıq idarə edir. İnsanlar çox acgözdürlər... Amma tamahkarlığın onları ölümə sürüklədiyini anlamırlar". Bu kimi fikirlər bilavasitə həyat fəlsəfəsi barədə düşüncələrdir, insanlıq və cəmiyyət dəyərlərinin pozulmasına qarşı yazıçı etirazıdır.

Romanda hadisələr Dəlixana, Ölüm vadisi və Müqəddəs torpaq adlı məkanda cərəyan edir. Əsərin yeddi nəfərdən ibarət aparıcı obrazlarının yeganə məqsədi dəlixanadan qaçmaqdır. Saf bir ruhu daşımaq və onunla ölmək istəyi onları dəlixanadan qaçmağı sövq edir. Müqəddəs torpağa qovuşmaq arzusu onların ruhlarına hakim olan ən ali hissdir. Yeddi nəfərlik dəstənin başçısı İmperator ləqəbli bir şəxsdir. Bir vaxtlar o, həqiqətən, imperator olmuş bir şəxsin ruhunu daşıyır. Lakin o, həyatının dəlixanaya qədərki dövrünü tam xatırlamasa da, dumanlı şəkildə bəzi detalları yadına sala bilir. Xatırlayır ki, tacqoyma mərasimində xalqına dünyanın tən ortasında yerləşən Müqəddəs torpaqlara aparacağına və günahkarları əfv edəcəyinə söz verib. Lakin zaman keçdikcə o, özünü Tanrıya bərabər tutur. Ona elə gəlir ki, peyğəmbər qüdrəti əldə edib. Az vaxtdan sonra o, həm Tanrı sözlərini unudur, həm də xalqa verdiyi əhdi. Maraqlı odur ki, İmperator bu vəziyyətdə günahları özündən uzaqlaşdıraraq cəmiyyəti ittiham etməkdən çəkinmir. Bütün bunlara baxmayaraq, İmperatorun ruhunda xoşbəxt gələcəyə olan inam itmir.

Dəlixanada bütün kitablar yandırılarkən Müqəddəs kitab da yanır. Yalnız onun cildi və "Tanrının gələcəyi gün" sözləri yazılmır bir səhifəsi salamat qalır. Bir səhifəlik vərəq İmperatorla yanaşı, digər 6 nəfərin həm yaşamaq ümidlərini, həm də ruhların azad olduğu Müqəddəs torpaqlara çatmaq inamlarını xeyli artırır. Müqəddəs torpaqlara çatmaq ümidi ilə yol gedən 7 nəfərin məqsədləri eyni olsa da, dünyagörüş, xarakter, hadisələrə münasibət baxımından fərqlidirlər.

Romanda müəllif "bu dünyaya insan kimi gəlib heyvan kimi yaşayanlar"ın həyat faciəsini və ruhi-mənəvi əzablarını göstərə bilir. Nəticə ondan ibarətdir ki, hər kəs yaşadığı ömrü insan kimi yaşamalı, dünyanın və insanlığın nizamını pozmamalıdır. Əsərdə yeri gəldikcə dünya irfani və fəlsəfi fikrinin dahilərindən olan Ruminin, Hötenin və başqalarının xatırlanması da bu məqsədə xidmət göstərir.

Yazıçı romanda məşhur şəxsiyyət adlarından məqsədli şəkildə istifadə edərək onların missiyaları daxilində müasir dünyamızın həlli vacib problemlərini gündəmə gətirir. Bu mənada qloballaşan dünyanın mənəvi problemlərinin, həyat nədir sualı ətrafında düşüncələrin Çingiz xan obrazı daxilində çatdırılması diqqəti daha çox cəlb edir. Sultan Rayev Çingiz xanın Şamanla qarşılaşdığı səhnədə insanlığın üzləşdiyi mənəvi-psixoloji gərginlikləri diqqətə çatdırır. Qloballaşan dünyada, süni intellekt mövcudluğunda romandakı ölüm, həyat, sədaqət və sair anlayışlar ətrafında düşüncələr heç də vaxtı keçmiş baxışlar sistemi kimi oxucu üçün əhəmiyyətsizləşmir, əksinə, "gözü ölümdən, qılıncı qandan doymayan" dünyanın fəlakətlərdən qurtuluşu yolunda vacib atributlardan birinə çevrilir. Bu əsərdə insan həm fəlsəfi, həm də real ampulada yer alır. Romandakı obrazların heç biri birtərəfli və yaxud məhdud görünmür. Həmin obrazlar əsərdə müsbəti və mənfisi ilə hərtərəfli yer alır. Bu hal istər xarakterlərin, istərsə də baş vermiş hadisələrin geniş şəkildə təqdimini təmin edir. Ona görə də romanda digər obrazlarla yanaşı, Kleopatra, Kozucağ, Böyük İsgəndər surətlərinə münasibətdə də yazıçı müdaxiləsinin genişliyi açıq-aydın hiss olunur. Romanda yer alan tarixi hadisələr və XXI əsrin Böyük İsgəndər obrazı yeni tarixin eybəcərliklərinin, içində İsgəndər ruhu gəzdirən insanların simvolu və tarixin ironiyası kimi olduqca təsirli görünür.

Sultan Rayev tarixin ironiyasının hədəfində özünü Tanrıya bərabər tutan və bütün insanlara şəxsi maraqları səviyyəsindən baxan, insanlara biçarə həyat yaşadan, uşaqları yetim, anaları gözü yaşlı qoyan, insanları yurd-yuvalarından didərgin salan qaniçən tamahkarları saxlayır. Müəllif haqlı olaraq demək istəyir ki, bu cür düşüncə və yanaşmaların kökü kəsilməyincə dünya nizamı yaranmayacaq, insanlıq daim məşəqqətlərlə üzləşəcək. Min illərin eybəcərlikləri bugünkü insanın ruhuna hakimdirsə dünya çətinliklərlə həmişə üz-üzə qalacaqdır.

Əsərdə dəlixanadan qaçan 7 nəfərin Müqəddəs torpaq axtarışları da şərti anlamdadır. Müqəddəs torpaqlara çatıb orada xoşbəxt yaşamaq naminə min bir əziyyətdən keçən bu insanlar özləri də bu məkanın harada olduğunu bilmir. Onun özəlliyinin nədən ibarət olduğu barədə heç bir məlumatları yoxdur.

Sultan Rayev insanların Müqəddəs torpaqlar axtarışlarını müqəddəsliyin və həqiqətin simvolikası kimi qəlibləşdirir. Əsərin sonunda yeddi nəfərlik  dəstə üzvündən sağ qalmış iki nəfərin - Kozucağ və Kleopatranın susuz, ilan mələyən səhrada rastlaşdıqları müdrik qocadan eşitdikləri sözləri təəccüblə qarşılasalar da, həqiqət olduğunu anlayırlar: "Axtardığınız yer ayaqlarınızın altındadır. Bəşər övladının addım atdığı hər yer müqəddəs torpaqdır".

Müəllifə görə, ruhun paklığı Tanrının sevgisindən yaradılmış insan imanıdır. Bəşər övladına ruh Tanrı tərəfindən verilir. Kim onun müqəddəsliyini qoruyub saxlayırsa, o, üzərində gəzdiyi torpağın müqəddəsliyini anlaya bilər.

Göründüyü kimi, əsərin sonunda yazıçı hikməti cəmiyyət və insanlığın təməl prinsipləri daxilində dəyər qazanır, bu səviyyədə təsdiqini tapır. Bu hikmət qloballaşan dünyada təkcə insanın özünüdərki deyil, eyni zamanda müasir mərhələdə dünya nizamına yeni bir fəlsəfi baxış və bəşəriyyətin xilasına çağırışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Aprel 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri