Dünya Putinin bu təhdidindən danışır: Məhv olacaq dedi, hədəf açıqladı | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Rusiya Prezidenti Vladimir Putinin son müsahibəsində səsləndirdiyi fikirlər rezonas d
O, Avropanın Rusiyaya qarşı müharibəyə başlayacağı təqdirdə, nəticələrin dağıdıcı olacağını, Qərbin qısa müddətdə məhv ediləcəyini bildirib.
Kreml lideri həmçinin ölkəsinin Ukraynada “səliqəli” müharibə apardığını və Avropaya eyni münasibətin göstərilməyəcəyini söyləyib.
Analitiklərin fikrincə, bu bəyanat təkcə gərginliyin artırılması deyil, həm də Moskvanın öz gücünü nümayiş etdirməyə çalışdığı strateji bir mesajdır.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Vladimir Putinin Avropaya qarşı səsləndirdiyi “qısa müddətdə məhv olacaq” eyhamı həm provokativ, həm də strateji bir mesajdır: “Onun bu bəyanatı təkcə gərginliyi artırmaq deyil, həm də Rusiyanın beynəlxalq müstəvidə öz mövqeyini qorumaq və Qərbi düşünməyə məcbur etmək məqsədi daşıyır.
Putin həmçinin Ukraynadakı müharibənin “səliqəli” aparılması ifadəsi ilə Rusiya ordusunun taktiki üstünlüklərini və nisbətən yaxşı koordinasiyanı vurğulanmağa çalışılır.
Reallıq isə fərqlidir. Qabil Hüseynli Ukraynada davam edən müharibədə yüksək itkilər və ciddi logistik çətinliklər müşahidə olunur.
Rusiya ordusu ilkin planlaşdırılan hədəflərə tam nail ola bilməyib, hərbi əməliyyatlar isə iqtisadi və sosial cəhətdən böyük təzyiqlər yaradır.
Tam oxu
Xəbəri oxu