Icma.az
close
up
RU
Dünya Putinin bu təhdidindən danışır: Məhv olacaq dedi, hədəf açıqladı

Dünya Putinin bu təhdidindən danışır: Məhv olacaq dedi, hədəf açıqladı

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putinin son müsahibəsində səsləndirdiyi fikirlər rezonas doğurub. O, Avropanın Rusiyaya qarşı müharibəyə başlayacağı təqdirdə, nəticələrin dağıdıcı olacağını, Qərbin qısa müddətdə məhv ediləcəyini bildirib. 

Kreml lideri həmçinin ölkəsinin Ukraynada “səliqəli” müharibə apardığını və Avropaya eyni münasibətin göstərilməyəcəyini söyləyib. Analitiklərin fikrincə, bu bəyanat təkcə gərginliyin artırılması deyil, həm də Moskvanın öz gücünü nümayiş etdirməyə çalışdığı strateji bir mesajdır.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Vladimir Putinin Avropaya qarşı səsləndirdiyi “qısa müddətdə məhv olacaq” eyhamı həm provokativ, həm də strateji bir mesajdır:

“Onun bu bəyanatı təkcə gərginliyi artırmaq deyil, həm də Rusiyanın beynəlxalq müstəvidə öz mövqeyini qorumaq və Qərbi düşünməyə məcbur etmək məqsədi daşıyır. Putin həmçinin Ukraynadakı müharibənin “səliqəli” aparılması ifadəsi ilə Rusiya ordusunun taktiki üstünlüklərini və nisbətən yaxşı koordinasiyanı vurğulanmağa çalışılır. Reallıq isə fərqlidir.


Qabil Hüseynli 

Ukraynada davam edən müharibədə yüksək itkilər və ciddi logistik çətinliklər müşahidə olunur. Rusiya ordusu ilkin planlaşdırılan hədəflərə tam nail ola bilməyib, hərbi əməliyyatlar isə iqtisadi və sosial cəhətdən böyük təzyiqlər yaradır. Beləliklə, Avropaya qarşı belə bir “qısa müddətli məhv” perspektivi praktik olaraq mümkün deyil. NATO ölkələri yüksək texnologiyalı müdafiə sistemlərinə, həmçinin kollektiv müdafiə mexanizmlərinə malikdir və Rusiyanın birbaşa hərbi əməliyyatla qısa müddətdə Avropanı məhv etməsi reallıqla uzlaşmır”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri