Dünya səviyyəli yox, adına verilmiş küçə boyda olan Akif İslamzadə Orxan Saffari yazır... …
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır. Əvvəllər yolum tez-tez Akif İslamzadə küçəsindən keçərdi.
Ancaq hər dəfə də azırdım. Təkcə küçələrdə yox, həm də Akif İslamzadə haqqında düşəncələrimdə.
Akif İslamzadə küçəsində olan çuxurlar yox, Akif İslamzadənin özü narahat edirdi məni.
Səbəbini bilmirəm, düzü pis olurdum və Akif İslamzadənin gördüyü bu dəyər, bu diqqət, bu qayğı, bu sevgi məni özümdən çıxardırdı.
Yox, qarnımda qurd yoxdur, ancaq gözlərimdə həqiqəti görməyəcəyim torlar da.
Ümumiyyətlə, qəti fikrim, son qərarımdır və heç kəs məni bu həqiqətdən döndərə bilməz.
Belə ki, Akif İslamzadə heç vaxt böyük sənətkar olmayıb. Vəssalam. Uzağı öz adına verilmiş küçə boyda sənətkar olar.
Daha dünya səviyyəli filan onun üçün çoxdur. Yazıq dünya, kim böyük ola bilmir, deyirlər, dünya səviyyəlidir.
Tam oxu
Xəbəri oxu