Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Dünya səviyyəli yox, adına verilmiş küçə boyda olan Akif İslamzadə Orxan Saffari yazır...

Dünya səviyyəli yox, adına verilmiş küçə boyda olan Akif İslamzadə Orxan Saffari yazır...

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Əvvəllər yolum tez-tez Akif İslamzadə küçəsindən keçərdi. Ancaq hər dəfə də azırdım. Təkcə küçələrdə yox, həm də Akif İslamzadə haqqında düşəncələrimdə. Akif İslamzadə küçəsində olan çuxurlar yox, Akif İslamzadənin özü narahat edirdi məni.

Səbəbini bilmirəm, düzü pis olurdum və Akif İslamzadənin gördüyü bu dəyər, bu diqqət, bu qayğı, bu sevgi məni özümdən çıxardırdı.

Yox, qarnımda qurd yoxdur, ancaq gözlərimdə həqiqəti görməyəcəyim torlar da.

Ümumiyyətlə, qəti fikrim, son qərarımdır və heç kəs məni bu həqiqətdən döndərə bilməz.

Belə ki, Akif İslamzadə heç vaxt böyük sənətkar olmayıb. Vəssalam.

Uzağı öz adına verilmiş küçə boyda sənətkar olar. Daha dünya səviyyəli filan onun üçün çoxdur. Yazıq dünya, kim böyük ola bilmir, deyirlər, dünya səviyyəlidir.

Bir çox sənət adamlarını sənətə atası gətirsə də, Akif İslamzadəni anası, gözəl xanəndə Sara Qədimova gətirib.

Ancaq nahaq, qəti ehtiyac yox idi, özü bəs idi. Sara xanım bu cür etməklə Azərbaycan incəsənətinə daha bir şişirdilmiş obraz bəxş eləyib.

Akif İslamzadə də ixtisası ilə sənəti arasında əlaqə olmayan adamdır.

Məsələn, elə həyasız, elə utanmaz adamlar var ki, turizm ixtisasını bitirib, ancaq ədəbiyyat, jurnalistika ilə məşğuldur. Bəlkə də, gedib turizmlə məşğul olsaydı, indi normal işi-gücü var idi.

Bu mənada, gərək Akif İslamzadə də gedib mühasibliklə məşğul olaydı. Görünür, musiqiyə sevgisi yox imiş, məcburən gəlib.

Onun müğənni fəaliyyəti təbii səbəblərdən tez sonlanıb. Məlum, səs tellərinin birində bədxassəli şiş əmələ gəlib.

Ancaq Akif İslamzadə müğənnilik fəaliyyətinə son verən kimi mükafat yağışına tutulub.

Yəqin, bir daha oxumayacağına görə ona təşəkkür edilib.

Akif İslamzadə də başlayıb ancaq məsləhət verməyə. Təxminən ədəbiyyatın Seyran Səxavəti kimi. O da yaza bilmədiyi üçün məsləhətlərə keçib.

Adına küçədən tutmuş təqaüdə, bütün mötəbər fəxri adlara qədər hər şey verilib oxumayandan sonra.

Bəs görəsən, bütün bunların başqa səbəbi varmı?

Əlbəttə, heç səbəbsiz olar?

Nə üçün dünya səviyyəli olduğu Azərbaycan elminə məlum olmayan Akif İslamzadə bir ara siyasətə də qoşulub. Siyasətin boşluq, qəhrəmanlığın asan olduğu dövrlərdə xal qazanmaq istəyib, üzünü tutub AXCP-yə sarı.

Bir müddət cəbhəçilik etsə, necə oxuyub, elə də siyasətçi olsa da, məlum, dərhal ordan qaçıb.

Ara yerdə görüb oxumaqdan bir şey çıxmır, heç olmasa, deputat olum. Ancaq o da alınmadı.

Ancaq indi hər şey dəyişib. Daha Akif İslamzadə küçəsində azmıram, onun barəsində dərin fikirlərə də dalmıram. Çuxurlar da olduğu kimi qalıb. Mənə isə hər şey aydındır. Ümid edirəm, bir gün bütpərəst Azərbaycan xalqına da çox şey agah olacaqdır, onlar ötən günləri qaytarmağı istəməyəcəklər. Çünki indi ötə günlər Akif İslamzadənin özünə də lazım deyil.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Yanvar 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see280

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see275

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see222

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see214

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see210

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see196

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see192

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see184

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see179

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see175

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see171

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see165

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see152

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see150

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see149

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri