Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qlobal iqlim dəyişikliyi planetin müxtəlif bölgələrində ciddi təsirlər göstərməyə davam edir.
Bu təsirlərin ən diqqətçəkən nümunələrindən biri, Antarktida sularından qopan və hazırda Cənubi Corciya adasına doğru irəliləyən nəhəng A23a aysberqidir.
Çəkisi bir trilyon ton olan bu buz kütləsi hündürlüyü onmərtəbəli bina qədər ölçüyə malikdir və peyk sistemləri vasitəsilə daimi nəzarətdə saxlanılır.
Alimlər A23a-nın hərəkət trayektoriyasını diqqətlə izləyir, çünki bu buz dağının sahilə yaxınlaşması, bölgənin zəngin və həssas ekosistemləri üçün ciddi təhlükə yarada bilər.
KONKRET.az xəbər verir ki, Cənubi Corciya adası nadir və biomüxtəlifliyi yüksək olan ekosistemlərdən biridir.
Ada, minlərlə kral pinqvini koloniyası və cənub dəniz filləri kimi qorunan növlərin əsas yaşayış yerlərindəndir.
A23a aysberqinin sahilə çırpılması və ya yaxın məsafədə lövbər salması onların dənizə çıxış yollarını bağlaya bilər.