Dünya Ukraynanı yarım trilyon dollara bərpa edəcək, bəs Qarabağ? | Icma.az
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynada müharibənin başa çatmasından sonra hərbi əməliyyatlardan zərərçəkən bölgələrin bərpasına çəkilən xərclərin 524 milyard dolları aşacağı gözlənilir.
Belə məlumatlar Dünya Bankının, BMT-nin, Avropa Komissiyasının və Ukrayna hökumətinin 31 dekabr 2024-cü il tarixində dərc edilmiş yenilənmiş qiymətləndirməsində yer alıb.
Məlum olduğu kimi, bir vaxtlar Qarabağ münaqişəsinin başa çatmasından sonra bölgədəki dağılmış rayonların bərpası üçün də adıçəkilən qurumların maliyyə vəsaiti ayıracağı barədə fikirlər, açıqlamalar vardı.
Ancaq 4 il 4 ay öncə başa çatan münaqişədən sonra nə BMT, nə Dünya Bankı, nə də Avropa Komissiyası bu vədlərini yerinə yetirmədi.
Nəticədə Azərbaycan ermənilər tərəfindən xarabazarlığa çevrilmiş rayonlarını öz gücü və vəsaiti ilə bərpa etməyə məcbur oldu.
Hazırda vəziyyət necədir? Bu işdən ötrü adları çəkilən və çəkilməyən üst qurum təşkilatlara müraciət edilibmi?
Xarici donorlar heç olmasa bərpa üçün tələb olunan vəsaitin bir hissəsini qarşılamaqla Azərbaycana yardım əli uzatmaq fikrindədirlərmi?
Tam oxu
Xəbəri oxu