Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Dünya Ukraynanı yarım trilyon dollara bərpa edəcək, bəs Qarabağ?

Dünya Ukraynanı yarım trilyon dollara bərpa edəcək, bəs Qarabağ?

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynada müharibənin başa çatmasından sonra hərbi əməliyyatlardan zərərçəkən bölgələrin bərpasına çəkilən xərclərin 524 milyard dolları aşacağı gözlənilir. Belə məlumatlar Dünya Bankının, BMT-nin, Avropa Komissiyasının və Ukrayna hökumətinin 31 dekabr 2024-cü il tarixində dərc edilmiş yenilənmiş qiymətləndirməsində yer alıb.

Məlum olduğu kimi, bir vaxtlar Qarabağ münaqişəsinin başa çatmasından sonra bölgədəki dağılmış rayonların bərpası üçün də adıçəkilən qurumların maliyyə vəsaiti ayıracağı barədə fikirlər, açıqlamalar vardı. Ancaq 4 il 4 ay öncə başa çatan münaqişədən sonra nə BMT, nə Dünya Bankı, nə də Avropa Komissiyası bu vədlərini yerinə yetirmədi. Nəticədə Azərbaycan ermənilər tərəfindən xarabazarlığa çevrilmiş rayonlarını öz gücü və vəsaiti ilə bərpa etməyə məcbur oldu.

Hazırda vəziyyət necədir? Bu işdən ötrü adları çəkilən və çəkilməyən üst qurum təşkilatlara müraciət edilibmi? Xarici donorlar heç olmasa bərpa üçün tələb olunan vəsaitin bir hissəsini qarşılamaqla Azərbaycana yardım əli uzatmaq fikrindədirlərmi?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirid ki, bu məsələdə Qərbin eybəcər ikili standartları ortadadır: “Baxın, Ukraynada hələ müharibə başa çatmayıb, ancaq Qərb artıq bu ölkədə müharibənin nəticələrini aradan qaldırmaq üçün haradan hansı yardımların edilə biləcəyini düşünür. Bizim Azərbaycan olaraq buna etirazımız yoxdur. Qoy olsun, Ukrayna bizim dostumuzdur və bu müharibədə biz onun hər hansı bir formada məğlubiyyətini istəmirik. Amma nədən Qərb Azərbaycanın erməni işğalçıları tərəfindən viran qoyulmuş yaşayış məntəqələrinin, kommunikasiyalarının və digər obyektlərinin bərpası barədə heç düşünmək belə istəmir? Bu, Qərb dediyimiz, başa bəla olan bir haqsızın Azərbaycana münasibətidir. Bu münasibətlə hələ bunlar bizimlə əməkdaşlıq etməyi düşünür və bizdən Qərb "dəyərlərinə" önəm verməyi tələb edirlər. Bizdən tələb olunan demokratiya, insan haqları və söz azadlığı kimi “dəyərlərini” isə elə bizim gözlərimiz qarşısında dünyanın başqa ölkələrində məmnuniyyətlə özlərinin iqtisadi və biznes maraqlarına satırlar.

Azərbaycan hökuməti erməni işğalı nəticəsində vurulmuş ziyanın beynəlxalq məhkəmələr vasitəsilə ödənilməsinə nail olmalıdır. Bildiyim qədər bu istiqamətdə hökumət az iş görməyib. Məhkəmə qərarlarının obyektiv olacağı təqdirdə, Ermənistanın Azərbaycana ödəyəcəyi təzminatın məbləği yüz milyardlarla ABŞ dolları səviyyəsində ola biləcək. Bu qədər böyük məbləğdə olan pulu ödəmək Ermənistanın imkanları xaricindədir. Ona görə bu təzminatın torpaqla əvəzləşdirilməsi kimi bir variant daha real görünür. Nəzərə alsaq ki, dünyada belə təcrübələr olub və Ermənistan da bir dövlət olaraq qanunsuz şəkildə bizim ata-baba torpaqlarımızda qondarma dövlət kimi ruslar tərəfindən yaradılıb, o halda təzminatın torpaqlarımızı geri qaytarmaq qaydasında ödənilməsi variantı daha şanslı görünür".

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı maraqlı mətləblərə toxundu: “Azərbaycanda Qarabağın bərpasına nə BMT, nə Dünya Bankı, nə də digər beynəlxalq qurumlar dəstək vermir və bundan sonra da verməyəcək. Bunun birbaşa səbəbi Azərbaycana olan münasibətdir. Azərbaycan 32 il erməni vandalizminin qurbanı olub. Milyardlarla dollar həcmində Azərbaycana ziyan vurulub. Qarabağ daxil olmaqla, 12 rayonumuz işğal olunub, min kv km ərazimiz minalanıb, on minlərlə ev yerlə-yeksan edilib, 1 milyon insanın evi əlindən alınıb və ya dağıdılıb. Biz də Ukrayna kimi təcavüzə məruz qalan ölkəyik. Necə ola bilər ki, təcavüzə məruz qalan Ukraynanın bərpasına yarım trliyon dollar ayırmaq istəyirlər, ancaq Azərbaycana 100 milyon dollar ayırmırlar? Bax, bu, həmin dövlətlərin və qurumların simasızlığını göstərən sübutdur. Erməni sevgisini və xristian həmrəyliyini gizlədə bilmirlər. Xarici donorların Azərbaycana bir manat ayırmasına inanmaq sadəlövhlükdür. Çünki qrant ayıran dövlətlər bunu istəmir. İmkanları olsa, bu gün beynəlxalq hüquqa əhəmiyyət vermədən Azərbaycana qarşı istənilən addımı atarlar. 4 il ərzində bunlar nəinki dəstək oldular, heç Ermənistanı məcbur edib, minalanmış ərazilərin xəritəsini alıb Azərbaycana vermədilər. Yadınıza salım ki, məhz Amerika 1992-ci ildə təcavüzə məruz qalan Azərbaycana 907-ci düzəlişi qəbul etməklə yardımı dayandırdı. Azərbaycana təcavüz edən Ermənistana isə hər cür dəstək verdilər. Bu qərarı qəbul edən Amerikadan nə gözləyə bilərik ki?”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Fevral 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri