Dünya və Avropa çempionu Dünya kubokunun ümumi hesabında lider

03.04.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Tamblinq üzrə Azərbaycan komandasının heyətində dünya və Avropa çempionu olmuş Adil Hacızadə Dünya kuboku seriyasının ümumi hesabına başçılıq edir.

İdman.biz xəbər verir ki, gimnast Dünya kubokunun Bakıda keçirilən ilk mərhələsində qalib gələrək mövsümə uğurla başlayıb.

Bu nəticə sayəsində 60 xal qazanan Hacızadə komanda yoldaşı Tofiq Əliyevi qabaqlayıb. O da, öz növbəsində, Bakıdakı turnirin gümüş mükafatçısı kimi 55 xal əldə edib.

Dünya kubokunun bürünc mükafatçısı Sergey Finiçenko (neytral idmançı) isə ümumi sıralamada üçüncüdür.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью