Dünya və Avropa çempionu Dünya kubokunun ümumi hesabında lider
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Tamblinq üzrə Azərbaycan komandasının heyətində dünya və Avropa çempionu olmuş Adil Hacızadə Dünya kuboku seriyasının ümumi hesabına başçılıq edir.
İdman.biz xəbər verir ki, gimnast Dünya kubokunun Bakıda keçirilən ilk mərhələsində qalib gələrək mövsümə uğurla başlayıb.
Bu nəticə sayəsində 60 xal qazanan Hacızadə komanda yoldaşı Tofiq Əliyevi qabaqlayıb. O da, öz növbəsində, Bakıdakı turnirin gümüş mükafatçısı kimi 55 xal əldə edib.
Dünya kubokunun bürünc mükafatçısı Sergey Finiçenko (neytral idmançı) isə ümumi sıralamada üçüncüdür.
İdman.biz

Azərbaycan gimnastları Dünya kubokunun ümumi hesabında qələbə uğrunda mübarizədə
26 İyun 2025 15:21
Serxio Buskets: Dünya və Avropa çempionu
11 Dekabr 2024 11:55
Dördqat Avropa çempionu Bakıdakı Dünya kubokunda
19 Mart 2025 14:59
Dünya çempionu müəyyənləşir Avropa nəhəngləri finalda
13 İyul 2025 09:52
Dünya və Avropa çempionu karyerasını bitirdiyini açıqlayıb
20 May 2025 13:13

