Dünyada baş verən mövcud proseslər geosiyasi turbulentlik dövrünə keçid olunduğunu göstəri…
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq. “Dünyada çox mürəkkəb proseslər baş verir.
Dünyanın müxtəlif yerlərində kifayət qədər gərgin münasibətlərin formalaşması və sonrakı mərhələdə müəyyən ziddiyyətlərin ortaya çıxması Yaxın Şərq və Rusiya-Ukrayna treki, digər istiqamətlərdə çox genişmiqyaslı müharibələrin və hərbi toqquşmaların baş verməsinə gətirib çıxardı”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb.
Deputat qeyd edib ki, belə bir təlatümlü dövrdə beynəlxalq münasibətlər sistemində proseslər hər zaman müəyyən mənada özünü büruzə verən ziddiyyətli məqamların ortaya çıxması ilə müşahidə olunur.
Azər Allahverənov “Bu da yeni geosiyasi konfiqurasiyanı qurulmasına, yeni geosiyasi oyunların və proseslərin geniş şəkildə təzahür etməsinə gətirib çıxarır.
Belə olduğu təqdirdə dövlətlərarası münasibətlərdə, xüsusilə müxtəlif regionları bir-biri ilə əlaqələndirən müxtəlif regionlardan bu və ya digər formada təmasda olan dövlətlər üçün yaxın bir neçə onilliyə hesablanmış, yeni geosiyasi strateji xətlər üzərində yeni düşüncələrin ortaya çıxması və yeni təhlillərin aparılmasına ehtiyacı yaranır.
Çünki dünya sürətlə dəyişir. Geosiyasi dildə, geosiyasətdə bir "turbulentlik dövrü" kimi də adlandırılır.
"Turbulentlik" - silkələnmə və bir çox şeyləri hələ müəyyən olunmadığı bir şəraitin yaranmasını xarakterizə edə biləcək bir sözdür.
Tam oxu
Xəbəri oxu