Icma.az
close
up
RU
Dünyada baş verən mövcud proseslər geosiyasi turbulentlik dövrünə keçid olunduğunu göstərir

Dünyada baş verən mövcud proseslər geosiyasi turbulentlik dövrünə keçid olunduğunu göstərir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Dünyada çox mürəkkəb proseslər baş verir. Dünyanın müxtəlif yerlərində kifayət qədər gərgin münasibətlərin formalaşması və sonrakı mərhələdə müəyyən ziddiyyətlərin ortaya çıxması Yaxın Şərq və Rusiya-Ukrayna treki, digər istiqamətlərdə çox genişmiqyaslı müharibələrin və hərbi toqquşmaların baş verməsinə gətirib çıxardı”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, belə bir təlatümlü dövrdə beynəlxalq münasibətlər sistemində proseslər hər zaman müəyyən mənada özünü büruzə verən ziddiyyətli məqamların ortaya çıxması ilə müşahidə olunur.

Azər Allahverənov

“Bu da yeni geosiyasi konfiqurasiyanı qurulmasına, yeni geosiyasi oyunların və proseslərin geniş şəkildə təzahür etməsinə gətirib çıxarır. Belə olduğu təqdirdə dövlətlərarası münasibətlərdə, xüsusilə müxtəlif regionları bir-biri ilə əlaqələndirən müxtəlif regionlardan bu və ya digər formada təmasda olan dövlətlər üçün yaxın bir neçə onilliyə hesablanmış, yeni geosiyasi strateji xətlər üzərində yeni düşüncələrin ortaya çıxması və yeni təhlillərin aparılmasına ehtiyacı yaranır. Çünki dünya sürətlə dəyişir. Geosiyasi dildə, geosiyasətdə bir "turbulentlik dövrü" kimi də adlandırılır.

"Turbulentlik" - silkələnmə və bir çox şeyləri hələ müəyyən olunmadığı bir şəraitin yaranmasını xarakterizə edə biləcək bir sözdür. Həqiqətən də indiki geosiyasi trubulentlik dövründə hər dövlət də bu prosesdən uğurla çıxa bilmir. Olduqca vacib məsələdir ki, burada praqmatik düşüncəyə malik olasan, uzaqgörən bir siyasət yürüdəsən və çox vacib strateji gedişlər edəsən. Çünki istənilən dövlət subyektlərinin belə bir turbulent dövründə zərərsiz proseslərdən çıxması olduqca əhəmiyyətli, amma eyni zamanda da fantastik görünə bilər”-deyən deputat vurğulayıb ki, gedən proseslərə biz nəzər saldıqda qütbləşmə çox sürətlə baş verir, bu və digər hərbi bloklar ətrafında təmərküzləşmə özünü qabarıq şəkildə göstərir. Nəticədə seçim edə bilməyən dövlətlər çox rahat şəkildə başqa dövlətlərin siyasi asılılığına düşürlər və ya hansısa bloka bir növ birləşərək, digər bloklara əks mövqedə siyasət yürüdürlər.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Dekabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see282

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see228

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see136

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri