Dünyada dolların məzənnəsi niyə enir? (ŞƏRH) | Icma.az
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Dollar-avro məzənnəsi daha çox geosiyasətdən asılı olan məsələdir".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov dünya bazarında dolların məzənnəsinin enməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Ekspert bunun sırf iqtisadi məsələ olmadığını xatırladıb: "Bəli, əgər Ukrayna müharibəsi bitəcəksə, yaxud onun başa çatması prespektivləri doğrudan da real görsənəcəksə, valyuta bazarında şərtlər də dəyişəcək.
Avro son aylarda xeyli zəifləyib, ola bilər ki, mövqelərinin bir qismini qaytarsın. Gözləmirəm ki, avro ciddi möhkəmlənsin.
Əvvəllər bizim məzənnə ilə iki manat az qala bir avro idi. Ola bilər ki, qismən də öz mövqelərini qaytara bilsin.
Buna da elə ABŞ özü şərait yaradacaq ki, Amerika malları da çox bahalaşmasın. Tramp sadəcə dolların möhkəmlənməsini istəmir.
O, Amerikanın real iqtisadiyyatını qaldırmaq istəyir. Yalnız maliyyə mərkəzi olmasın, real nəsə istehsal etsin, satsın.
Tam oxu
Xəbəri oxu