Icma.az
close
up
RU
Dünyada dolların məzənnəsi niyə enir? (ŞƏRH)

Dünyada dolların məzənnəsi niyə enir? (ŞƏRH)

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Dollar-avro məzənnəsi daha çox geosiyasətdən asılı olan məsələdir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov dünya bazarında dolların məzənnəsinin enməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Ekspert bunun sırf iqtisadi məsələ olmadığını xatırladıb:

"Bəli, əgər Ukrayna müharibəsi bitəcəksə, yaxud onun başa çatması prespektivləri doğrudan da real görsənəcəksə, valyuta bazarında şərtlər də dəyişəcək. Avro son aylarda xeyli zəifləyib, ola bilər ki, mövqelərinin bir qismini qaytarsın. Gözləmirəm ki, avro ciddi möhkəmlənsin. Əvvəllər bizim məzənnə ilə iki manat az qala bir avro idi. Ola bilər ki, qismən də öz mövqelərini qaytara bilsin. Buna da elə ABŞ özü şərait yaradacaq ki, Amerika malları da çox bahalaşmasın. Tramp sadəcə dolların möhkəmlənməsini istəmir. O, Amerikanın real iqtisadiyyatını qaldırmaq istəyir. Yalnız maliyyə mərkəzi olmasın, real nəsə istehsal etsin, satsın. Bu halda dolların çox baha olması Amerikaya da sərf etmir".


Əkrəm Həsənov müharibənin bitməsi ilə bağlı ehtimalların böyük olduğunu vurğulayıb:

"Yəqin ki, nəsə baş verəcək. Əgər bu baş verəcəksə, o deməkdir ki, Tramp, Putin, Çin, Ərəbistan və s. kimi dünyanın qlobal oyunçuları bütün məsələlərlə bağlı razılaşmaya gəlib. Bu halda müəyyən dövr üçün maliyyə sabitliyinin olması mümkündür. Hər bir halda bu yaxın aylarda görünəcək".

Qeyd edək ki, "Bloomberg"in məlumatına əsasən, dünya bazarında dolların məzənnəsi ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında aparılan danışıqlar fonunda enməyə başlayıb. Ukraynadakı müharibənin dayandırılması perspektivi avronun mövqeyini gücləndirib. Avro 0,5% artaraq 1,0435 dollar səviyyəsinə yüksəlib. 

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Fevral 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri