Dünyada İLK Aşpaz süni intellektlə yeməklər hazırlayır | Icma.az
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünyanın ilk süni intellektlə aşpaz fəaliyyətə başlayıb.Bizim.Media “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, Dubaydakı “WooHoo” restoranında ekssentrik menyu kompüter proqramı olan “Chef Aiman” tərəfindən yaradılıb.Aşpaz Ayman yeməkləri mətbəxdə fiziki olaraq hazırlamasa da, restoran hər yeməyin "süni intellektdən istifadə edərək planlaşdırma və resept inkişafı ilə formalaşdığını" bildirir.
Bu süni intellektlə yaradılan yeməklərin ən qəribəsi dinozavr tartarıdır.
Restorana görə, bu yemək "nəsli kəsilmiş sürünənlərin dadını yenidən duymaq" üçün hazırlanıb.
Qiyməti 44 funt sterlinqə (təxminən 100 manat) olan bu yemək çiy ət qarışığı kimi dad verir.
Cəlbedici olmasına baxmayaraq, restoran rəhbərliyi tartarının əsl tərkib hissələri barədə danışmır.
Bununla belə resept açıqlamasa da, menyuda ördək tərkibli olduğu göstərilir.Digər qeyri-adi yeməklərə Yapon gil qabında bişirilmiş “Wagyu” mal əti ilə verilən dəniz yosunu yağı daxildir və hər porsiyası 41 funt sterlinqə (təxminən 90 manat) başa gəlir.
“Daily Mail” qəzetinin yazdığına görə, bu, qeyri-adi görünsə də, dəniz yosununda təbii monosodyum qlutamat çoxdur.
Tam oxu
Xəbəri oxu