Dünyada yüksələn yeni estetik trendi: Meyitlərdən alınan piy inyeksiyası | Icma.az
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Estetika dünyası daha bir qəribə və müzakirəli metodla gündəmə gəlib.
Artıq bəzi ölkələrdə estetik əməliyyatlar zamanı pasiyentin öz piy toxuması yerinə, ölən şəxslərdən (meyitlərdən) alınan piy toxumalarından istifadə edilməyə başlanılıb.
Milli.Az xəbər verir ki, adətən piy inyeksiyası (lipofilling) zamanı pasiyentin öz qarın və ya bud nahiyəsindən piy alınır və üzə yaxud bədənin digər nahiyələrinə köçürülür.
Lakin yeni trenddə meyitlərdən alınan və xüsusi laboratoriya şəraitində işlənərək təmizlənən piy toxumaları hazır şəkildə inyeksiya edilir.
Nəticədə pasiyentin öz bədənində piy almaq üçün əlavə cərrahi müdaxiləyə (liposaksiya) ehtiyac qalmır, sağalma müddəti qısalır.
Bu metod həm tibbi, həm də etik baxımdan ciddi suallar doğurur: Başqa bir insanın, xüsusən də vəfat etmiş birinin toxumasının estetik məqsədlərlə istifadəsi cəmiyyətdə birmənalı qarşılanmır.
Bədənin kənar toxumanı rədd etməsi (allergik reaksiya) və ya infeksiya keçmə riski həkimləri narahat edən əsas məqamlardır.
Bəzi mütəxəssislər meyit piyi inyeksiyasının pasiyentin öz piyi qədər qalıcı olmadığını və bədən tərəfindən daha tez sorulduğunu iddia edirlər.
Tam oxu
Xəbəri oxu