Dünyada yüksələn yeni estetik trendi: Meyitlərdən alınan piy inyeksiyası
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Estetika dünyası daha bir qəribə və müzakirəli metodla gündəmə gəlib. Artıq bəzi ölkələrdə estetik əməliyyatlar zamanı pasiyentin öz piy toxuması yerinə, ölən şəxslərdən (meyitlərdən) alınan piy toxumalarından istifadə edilməyə başlanılıb.
Milli.Az xəbər verir ki, adətən piy inyeksiyası (lipofilling) zamanı pasiyentin öz qarın və ya bud nahiyəsindən piy alınır və üzə yaxud bədənin digər nahiyələrinə köçürülür. Lakin yeni trenddə meyitlərdən alınan və xüsusi laboratoriya şəraitində işlənərək təmizlənən piy toxumaları hazır şəkildə inyeksiya edilir.
Nəticədə pasiyentin öz bədənində piy almaq üçün əlavə cərrahi müdaxiləyə (liposaksiya) ehtiyac qalmır, sağalma müddəti qısalır.
Bu metod həm tibbi, həm də etik baxımdan ciddi suallar doğurur:
Başqa bir insanın, xüsusən də vəfat etmiş birinin toxumasının estetik məqsədlərlə istifadəsi cəmiyyətdə birmənalı qarşılanmır.
Bədənin kənar toxumanı rədd etməsi (allergik reaksiya) və ya infeksiya keçmə riski həkimləri narahat edən əsas məqamlardır.
Bəzi mütəxəssislər meyit piyi inyeksiyasının pasiyentin öz piyi qədər qalıcı olmadığını və bədən tərəfindən daha tez sorulduğunu iddia edirlər.
Hazırda bu metod daha çox üz dolğusu, dodaq böyüdülməsi və bəzi rekonstruktiv (bərpaedici) cərrahiyyə əməliyyatlarında sınaqdan keçirilir. Xüsusilə bədənində kifayət qədər piy ehtiyatı olmayan şəxslər üçün bir alternativ kimi təqdim olunur.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 21 Yanvar 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















