Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə Cümhuriyyəti turizmi ilə çox məşhurdur və getdikcə bu sahədə dünyaya hakim kəsilməkdədir.
Bunu qardaş ölkəyə səfər edən hər kəs rahatlıqla söyləyə bilir.
Bu ilin sonunadək Türkiyənin turizm üzrə ziyarətçi hədəfi 61 milyona yüksəldilib.
İlin doqquz ayı ərzində ölkə turizmdən 46,9 milyard dollar gəlir əldə edib.
Pandemiyadan əvvəlki dövr, yəni 2019-cu ilin eyni dövrü ilə müqayisədə ölkəyə gələnlərin sayı 18,3 faiz, ötən ilə nisbətən isə 8,7 faiz artıb.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun vurğuladığı kimi, qardaş ölkə bu ilin üçüncü rübündə turizm sahəsindən 23,2 milyard dollar gəlir əldə edib ki, bu da həmin sektor üzrə rüb hesabı ilə ən yüksək rəqəmdir.
Bu il Türkiyəyə gələn turistlər arasında Rusiya (5,5 milyon), Almaniya (5,2 milyon) və Böyük Britaniya (3,7 milyon) ilk üçlükdə yer alır.