Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Dünyanı heyran qoyan Türkiyə turizminin İNCİLƏRİ

Dünyanı heyran qoyan Türkiyə turizminin İNCİLƏRİ

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Cümhuriyyəti turizmi ilə çox məşhurdur və getdikcə bu sahədə dünyaya hakim kəsilməkdədir. Bunu qardaş ölkəyə səfər edən hər kəs rahatlıqla söyləyə bilir.

Bu ilin sonunadək Türkiyənin turizm üzrə ziyarətçi hədəfi 61 milyona yüksəldilib. İlin doqquz ayı ərzində ölkə turizmdən 46,9 milyard dollar gəlir əldə edib. Pandemiyadan əvvəlki dövr, yəni 2019-cu ilin eyni dövrü ilə müqayisədə ölkəyə gələnlərin sayı 18,3 faiz, ötən ilə nisbətən isə 8,7 faiz artıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun vurğuladığı kimi, qardaş ölkə bu ilin üçüncü rübündə turizm sahəsindən 23,2 milyard dollar gəlir əldə edib ki, bu da həmin sektor üzrə rüb hesabı ilə ən yüksək rəqəmdir.

Bu il Türkiyəyə gələn turistlər arasında Rusiya (5,5 milyon), Almaniya (5,2 milyon) və Böyük Britaniya (3,7 milyon) ilk üçlükdə yer alır.

Qardaş ölkədə turizm xidməti də çox yüksək səviyyədədir və bir çox ölkələr Türkiyənin təcrübəsindən öyrənməkdə maraqlıdırlar.
 

 Kapadokiya
 


Türkiyənin mərkəzində yerləşən və turistlərin diqqətini çəkən Kapadokiya bənzərsiz gözəlliyi, zəngin tarixi və mədəni irsi ilə tanınır. Kapadokiya zamanın və tarixin sınaqlarından çıxaraq bu günə gəlib çatıb.

Kapadokiya ən çox hava balonu uçuşları ilə məşhurdur. Balon uçuşları gün doğan zaman həyata keçirilir və möhtəşəm mənzərə yaranır.

Bu məkanı ziyarət edənlər atla gəzə, dağ yürüşləri həyata keçirə bilərlər. Ümumiyyətlə, tarixi ərazi olan Kapadokiya onu ziyarət edənlərə romantik və macəra dolu anlar bəxş edir.

“Pəri bacaları” kimi tanınan Kapadokiyanın tarixi çox qədim dövrlərə gedib çıxır. Bu məkan erkən xristian dövrlərində gizli sığınacaq olaraq istifadə edilən geniş mağara kompleksləri ilə çox məşhurdur.

“Pəri bacaları” (Fairy chimneys) Kapadokiyanın ən tanınmış təbii strukturlarıdır. Vulkanik fəaliyyətdən yaranmış bu qeyri-adi daş formaları, ərazinin simvolu sayılır. Görəmə Açıq Hava Muzeyi isə qədim xristian monastırlarının və kilsələrinin olduğu bir kompleksdir. Mağaranın içində kilsə var, bura freskalar və dini sənət əsərləri ilə zəngindir.

Qədim dövrlərdə strateji mövqeyə sahib olan Uçhisar qalası isə Kapadokiyanın ən yüksək nöqtələrindən biridir və buradan bütün şəhər aydın görünür.

Kapadokiyadakı Dərinkuyu və Kaymaklı yeraltı şəhərləri qədim dövrlərdə sakinlərin düşmən hücumlarından qorunması üçün istifadə etdikləri geniş bir labirint sistemdir. Bu şəhərlər müxtəlif səviyyələrdə mağaralar, yaşayış sahələri və ehtiyat yerləri ilə diqqət çəkir.

Kapadokiya həm də milli parkları ilə zəngindir. Görəmə Milli Parkı da bunlardan biridir. Kapadokiyanın adı UNESCO-nun Dünya İrsi Siyahısında yer alıb. Bölgədə paleolit dövrünə aid təxminən 120-150 yeraltı şəhərin aşkar olunduğu təxmin edilir.

Mağara evləri ilə tanınan Çavuşin kəndi, şirin suyu ilə tanınan Avanos şəhəri qədim ənənələri, keramika emalatxanaları ilə turistlərin diqqətini cəlb edir.

Avanosda dulusçuluq emalatxanası ilə tanış olmaq mümkündür. Burada seminarlarda iştirak etmək və istəyənlər öz qazan və tavalarını hazırlaya bilərlər.
 

Ölüdəniz – Muğla (Fethiye)
 


Muğlanın Fethiye mahalına bağlı Ölüdəniz qəsəbəsi əvvəlcə özünəməxsus çimərliyi və möhtəşəm dənizi, sonra isə digər təbii gözəllikləri ilə Türkiyənin görməli yerləri sırasındadır.

Suyun durğunluğuna görə Ölüdəniz adlandırılan bu çimərlik məkanı 2006-cı ildə 82 faiz səslə dünyanın ən yaxşı dənizi seçilib. Bölgə min illər əvvəl Likiya sivilizasiyasına ev sahibliyi etdiyi üçün zamanla bir çox tarixi xarabalıqlar tapılıb və tapılmaqda davam edir.‍

Türkiyənin cənub sahillərinə səyahət etmək, yayı rahat və sakit şəkildə keçirmək istəyirsinizsə, Ölüdəniz məhz sizin üçündür.
 

‍Salda gölü – Burdur
 


Təxminən 44 kvadrat kilometr səth sahəsi olan və Burdurun Yeşilova mahalına təxminən 4 kilometr məsafədə yerləşən bu karst gölü Türkiyənin ən təmiz və ən dərin gölləri arasındadır. Maraqlısı odur ki, bu, Yer kürəsində Marsın xüsusiyyətlərinə malik iki yerdən biridir. Ağ qumlu unikal çimərliyi olan göl mühafizə zonası elan edildiyi üçün onun ətrafında tikinti aparılması qadağandır. Bununla da göl və ətrafı öz bakirəliyini qoruyub saxlamış və korlanmasının qarşısı alınmışdır. Bu səbəbdən bölgədə çoxlu endemik bitki və heyvan növləri mövcuddur.
 

Nemrut dağı – Adıyaman
 


Adıyaman şəhərinin təxminən 78 kilometrliyində yerləşən Nemrut dağı 2150 metr yüksəklikdə yerləşir. Dağın özəlliyi ondadır ki, keçmişdə bölgədə yaşamış Kommagen sivilizasiyasının kralı Antioxos tərəfindən tikilmiş son dərəcə böyük daş heykəllərə malikdir. Bu abidələr UNESCO tərəfindən Ümumdünya İrs Siyahısına salınıb.

Nemrut dağında Günəşin doğuşunu və qürubunu seyr etmək çox maraqlıdır və turistlərin xoşuna gəlir.

Pamukkale – tarix və möcüzəni birləşdirən şəhər

Egey regionunda və Menderes çayı dərəsində yerləşən Pamukkale UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Şəhər ağ travertenləri, yerdən qaynayan bulaqları, antik Hierapolis şəhəri və Kleopatra hovuzu ilə ziyarətçilərin diqqətlərini cəlb edir. Pamukkale xarabalıqları xüsusilə məşhurdur. Eramızdan əvvəl II əsrin sonlarında Attalidlər sülaləsindən olan Perqamon kralları burada, yəni Hierapolisdə kurort yeri yaradıblar. Ərazidə hamam, məbəd və digər yunan abidələrinin xarabalıqları var.

Pamukkale ("pambıq qala") Türkiyənin cənub-qərbində olan Dənizli ilində yerləşir.

Xüsusi mənzərəsi ilə diqqətçəkən Pamukkale şəhərini ziyarət edənlərin sayı ildən-ilə artır.

Düzənliyə baxan təxminən 200 metr hündürlüyü olan qayalıqdakı bulaqlardan qaynaqlanan kalsitlə dolu sular şəhərdə təbii meşələr, daşlaşmış şəlalələr və bir sıra terraslı hövzələrdən ibarət əfsanəvi mənzərə yaradıb.

Bölgədə 17 isti su hovuzu var, lakin bölgə YUNESKO-nun Dünya İrs Siyahısına daxil olduğu üçün bəzi hovuzlar qorunulması baxımından və meyarlara uyğun olaraq toxunulmaz qalıb.

‍Şübhəsiz ki, bu bölgədə maraq doğuran məkanlardan biri də qədim Hierapolis şəhəri və qədim hovuzdur.

Qeyd edək ki, Türkiyənin məşhur Pamukkale turizm mərkəzini cari ilin ilk səkkiz ayında 1 milyon 700 min xarici ölkə vətəndaşı ziyarət edib.
 

‍Göbeklitepe – Şanlıurfa
 


Tarix 1983-cü il... Şanlıurfa… Öz torpağında işləyib tarlasını şumlayan əkinçi ona maraqlı görünən daşa o qədər də fikir vermir. Uzun illərdən sonra fermerin tapdığı bu daşın əhəmiyyəti daha aydın başa düşülür.

Şanlıurfa şəhərindən 20 kilometr aralıda, Örencik kəndi yaxınlığında yerləşən bu tarixi bölgə 12 min illik tarixi olan dünyanın ən qədim məbədidir. İş o yerə çatıb ki, bu bölgə İngiltərədəki dünyanın ən qədim tikililərindən sayılan Stonehedge-dən 7000 il, Misir Piramidalarından isə 7500 il yaşlıdır. Neolit dövrünə aid olan Göbeklitəpə ilk məbədin mərkəzi olması və buna görə də yer üzündəki ilk inanc olması baxımından əhəmiyyətlidir: bölgədə 20-yə yaxın məbəd müəyyən edilib və indiyə qədər yalnız 6 məbəd aşkar edilib.

Bəşər tarixi boyunca ən qədim sivilizasiya olan və yazı icad edən şumerlərdən təxminən 7 min il daha yaşlı olduğu düşünülən bölgə, arxeologiya və tarixlə bir az maraqlanırsınızsa, insanı heyrətləndirəcək bir səyahət vəd edir.

Bu gözəllikləri görmək üçün Türkiyə turizm mərkizləri yolunuzu gözləyir.
 

Səadət Hakıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri