525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Rafael HÜSEYNOVAkademik Bu məktubların hərəsi neçə dəfə oxunub?
Yüz dəfə, bir neçə yüz dəfə, min dəfə, ya daha çox? Daha kiçik rəqəmlərdən deyil, elə birbaşa yüz dəfə ona görə yazıram ki, o məktubların ox
O məktubları oxuya-oxuya anası, bacıları, əzizləri neçə dəfə qəhərlərini udublar, neçə dəfə gözləri yaşarıb?
Hər o gözlər yaşaranda, hər o qəhər udulanda, hər o məktublar oxunanda həmin məktublardakı anlar diriydi, təzədən dünənləri qaytarırdı və həmin dünənlərin içərisindəki o cavan da sağ-salamat, sabahlara ümidli idi.
Gün gəldi, o məktubları oxumaqdan doymayanlar bir-bir dünyadan getdilər.
Hər gedənlə də həmin məktublardakı cavan da qocalmağa, vaxtca uzaqlaşmağa başladı.
İkinci Dünya müharibəsinin bitməsindən 80 il, Mehdinin həlak olmasından 81 il keçir.
Bacısının oğlu, babasının adını daşıyan, Mehdinin üzünü görməmiş, ancaq ailədəki söhbətlərdən onu elə görmüş kimi olan Hənifə qəzetlərdə qəhrəmanımız haqqında dərc edilən məqalələrimdən sonra mənə təşəkkür etməkçün zəng vurub, sözlərini deyə bilmir, doluxsunur.