Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır. ABŞ Prezidenti Donald Tramp vəzifəyə başladıqdan 43 gün sonra Konqresdə çıxış edi
Modern.az-ın məlumatına görə, 100 dəqiqəyə yaxın davam edən çıxış zamanı o, gördüyü və görəcəyi işlərdən danışıb.
Tramp Ukraynadakı müharibəni “qanlı tükənmə müharibəsi” adlandırıb, bu münaqişənin dayandırılmasının vacibliyini bildirib.
O, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskidən məktub aldığını, Zelenskinin ABŞ ilə mineral ehtiyatlar sazişini imzalamağa hazır olduğunu qeyd edib.
Prezident, eyni zamanda 2021-ci ildə ABŞ ordusunun Əfqanıstanı tərk edən zaman törədilmiş terror aktının təşkilatçısının saxlanıldığını açıqlayıb.
Ağ Ev rəsmilərinin məlumatına görə, həmin şəxs İŞİD-in yüksək səviyyəli komandiri Məhəmməd Şərifullahdır.
Tramp çıxışında Konqresdən vergi endirimləri və sərhəd təhlükəsizliyi ilə bağlı qanun layihəsini qəbul etməyi tələb edib.
O, həmçinin ABŞ ərazisini raket hücumlarından qorumaq üçün “Qızıl Günbəz” adlanan müdafiə sisteminin inşasına maliyyə ayrılmasını istəyib.