Icma.az
close
up
RU
Dünyanı silkələyən nitq: Trampın çıxışı kimləri QORXUTDU...

Dünyanı silkələyən nitq: Trampın çıxışı kimləri QORXUTDU...

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp vəzifəyə başladıqdan 43 gün sonra Konqresdə çıxış edib.

Modern.az-ın məlumatına görə, 100 dəqiqəyə yaxın davam edən çıxış zamanı o, gördüyü və görəcəyi işlərdən danışıb.

Tramp Ukraynadakı müharibəni “qanlı tükənmə müharibəsi” adlandırıb, bu münaqişənin dayandırılmasının vacibliyini bildirib. O, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskidən məktub aldığını, Zelenskinin ABŞ ilə mineral ehtiyatlar sazişini imzalamağa hazır olduğunu qeyd edib.

Prezident, eyni zamanda 2021-ci ildə ABŞ ordusunun Əfqanıstanı tərk edən zaman törədilmiş terror aktının təşkilatçısının saxlanıldığını açıqlayıb. Ağ Ev rəsmilərinin məlumatına görə, həmin şəxs İŞİD-in yüksək səviyyəli komandiri Məhəmməd Şərifullahdır. Tramp çıxışında Konqresdən vergi endirimləri və sərhəd təhlükəsizliyi ilə bağlı qanun layihəsini qəbul etməyi tələb edib. O, həmçinin ABŞ ərazisini raket hücumlarından qorumaq üçün “Qızıl Günbəz” adlanan müdafiə sisteminin inşasına maliyyə ayrılmasını istəyib. 

Demokratlar Trampın çıxışına etiraz ediblər. Texasdan olan demokrat konqresmen Al Qrin Trampın xalqın dəstəyinə sahib olmadığını səsləndirib, respublikaçı konqresmen Nensi Meys ona sərt cavab verib. Səs-küydən sonra spiker Mayk Conson Qrinin zaldan çıxarılmasını tapşırıb.

Bəzi demokratlar isə etirazlarını sakit şəkildə ifadə ediblər. Onlar, o cümlədən Nensi Pelosi Trampa qarşı həmrəylik göstərmək üçün çəhrayı rəngli geyimlər geyiniblər.

Tramp çıxışında iqtisadi məsələlərə də toxunub. O, inflyasiyanı və ərzaq qiymətlərinin artmasını Co Bayden administrasiyasının uğursuzluğu kimi qiymətləndirib. Xüsusilə yumurtanın qiymətinin nəzarətdən çıxdığını iddia edib, lakin bunun səbəblərini izah etməyib.

Prezident hökumət xərclərini azaltmaq üçün milyarder İlon Maskı federal büdcə islahatlarının rəhbəri kimi təqdim edib. Trampın sözlərinə görə, Mask hökumətdə "yüz milyardlarla dollar dəyərində korrupsiya" aşkar edib.

Donald Trampın çıxışı dünya mediasında geniş müzakirə olunub. Xarici mətbuat onun ritorikasına, çıxışının kompromissiz tonuna və qlobal siyasətə dair mesajlarına diqqət yetirib.

Amerikanın Politico nəşri Trampın çıxışını "siyasi normalara sığmayan" və "emosional mesajlarla zəngin" bir nitq kimi xarakterizə edib. Nəşrin fikrincə, Tramp, siyasi etiketi pozsa da, tamaşaçıları təsir altına salmağı yaxşı bacarır.

Fransanın "Le Monde" qəzeti yazır ki, Tramp çıxışında prezidentliyinin ilk günlərində yaratdığı "şok effekti" yenidən vurğulayıb. O, "Amerika qayıtdı!" şüarını səsləndirib, lakin bu ifadə əvvəlcə 2021-ci ildə Co Bayden tərəfindən işlədilmişdi. Qəzet qeyd edir ki, hər iki liderin ABŞ və dünya siyasətindəki rolu barədə baxışları tamamilə fərqlidir.

Böyük Britaniyanın "Financial Times" nəşri Trampın proteksionist iqtisadi siyasətinə diqqət çəkərək bildirib ki, prezident ABŞ-ın ticarət siyasətində radikal dəyişikliklər etməyə hazırlaşır. Tramp çıxışında tariflərin müəyyən "narahatlıqlar" yaradacağını qəbul etsə də, onların ölkənin maraqlarına xidmət edəcəyini bildirib.

Çinin "China Daily" qəzeti Trampın çıxışını "sərt" adlandırıb. Qəzet yazır ki, prezident nitqi zamanı 43 günlük hakimiyyəti ərzində gördüyü işləri tərifləyib, eyni zamanda demokratlara qarşı sərt ittihamlar səsləndirib. O, 2 apreldən etibarən genişmiqyaslı qarşılıqlı tariflər tətbiq edəcəyini elan edib.

"The New York Post" nəşri isə yazır ki, Trampın çıxışı "amerikalıları ruhlandırıb, demokratları isə narahat edib". Nəşr qeyd edir ki, prezident çıxışında mühafizəkar dəyərləri ön plana çəkib: ənənəvi ailə modelini, gender məsələlərinə baxışını və sərhəd təhlükəsizliyini vurğulayıb. O, Konqresin dəstəyini gözləmədən sərhədi bağlamaq niyyətində olduğunu bildirib.

Almaniyanın "Focus" nəşri Trampın çıxışını "təkbaşına dünyanı xilas edə biləcəyinə inanan bir liderin nitqi" kimi qiymətləndirib. Qəzet qeyd edir ki, Tramp özünü ABŞ hökumətinin başçısı deyil, "tarixi missiyası olan bir lider" kimi təqdim edib.

Ümumilikdə, dünya mediası Trampın çıxışını onun xarakterinə uyğun olaraq sərt və özündən əmin şəkildə təqdim olunan nitq kimi dəyərləndirib. Onun sözləri və qərarları ölkə daxilində və beynəlxalq arenada ciddi rezonans doğurmağa davam edir.

Modern Təhlil və Araşdırma Qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri