Dünyanı yenidən bölmək ehtirası Ötən əsrin didişən rəqibləri müttəfiqə çevrilir | Icma.az
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
II dünya müharibəsindən ötən 80 ildə ilk dəfədir ki, Yer üzündə imperiya ambisiyaları bu qədər şiddətlənib və açıq şəkil alıb.
Artıq bir sıra dövlətlər çəkinib-eləmədən, birbaşa başqa dövlətlərin ərazisinə iddia irəli sürür, bu və ya digər əyalətin onun yurisdiksiyasına keçməsini istəyir və tələb edir.
Böyük dövlətlər arasında dünyada nüfuz dairəsi uğrunda açıq-gizli savaşlar, toqquşmalar ötən əsrin 60-70 və 80-90-cı illərində də gedib, amma o vaxt iddiaların məğzi və adı başqaydı, ilhaqdan danışan və ya “birdəfəlik mənim olsun” zümzüməsi edən yox idi.
Məsələn, 60 il öncə ABŞ Vyetnamda müharibə aparanda bu ölkəni özünün yeni ştatı etmək istəmirdi, sadəcə, orada oyuncaq hökumət qurmaq, vassala çevirmək istəyirdi.
SSRİ də Vyetnam kommunistlərinə hərtərəfli dəstək verərək ABŞ-yə müqavimət göstərəndə Vyetnamı 16-cı sovet sosialist respublikası elan etmək niyyətində deyildi, onu tamamilə kommunistləşdirmək, Moskvanın əlinə və ağzına baxar hala gətirmək fikrindəydi və buna nail oldu.
Yaxud 46 il öncə bu günlərdə Əfqanıstanda kommunist əqidədaşlarını (Təraki və yaxınlarını) öldürərək yolunu azmış kommunistləri (Hafizulla Əmin və komandasını) qətlə yetirən, onların yerinə yeni kommunist liderləri (Babrək Karməl və dəstəsini) gətirən Moskvanın niyyəti Əfqanıstanı SSRİ respublikalarından biri etmək deyildi.
Elə Əfqanıstan mücahidlərinə hərtərəfli dəstək verən ABŞ-nin istədiyi də bu ölkəni öz ərazisinə qatmaq deyildi, nüfuz dairəsinə almaq, sovet dövlətinə qarşı plasdarm kimi istifadə etmək idi və sonda öz istədiyinə dail oldu.
Tam oxu
Xəbəri oxu