Icma.az
close
up
RU
Dünyanı yenidən bölmək ehtirası Ötən əsrin didişən rəqibləri müttəfiqə çevrilir

Dünyanı yenidən bölmək ehtirası Ötən əsrin didişən rəqibləri müttəfiqə çevrilir

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

II dünya müharibəsindən ötən 80 ildə ilk dəfədir ki, Yer üzündə imperiya ambisiyaları bu qədər şiddətlənib və açıq şəkil alıb.

Artıq bir sıra dövlətlər çəkinib-eləmədən, birbaşa başqa dövlətlərin ərazisinə iddia irəli sürür, bu və ya digər əyalətin onun yurisdiksiyasına keçməsini istəyir və tələb edir.

Böyük dövlətlər arasında dünyada nüfuz dairəsi uğrunda açıq-gizli savaşlar, toqquşmalar ötən əsrin 60-70 və 80-90-cı illərində də gedib, amma o vaxt iddiaların məğzi və adı başqaydı, ilhaqdan danışan və ya “birdəfəlik mənim olsun” zümzüməsi edən yox idi.

Məsələn, 60 il öncə ABŞ Vyetnamda müharibə aparanda bu ölkəni özünün yeni ştatı etmək istəmirdi, sadəcə, orada oyuncaq hökumət qurmaq, vassala çevirmək istəyirdi.

SSRİ də Vyetnam kommunistlərinə hərtərəfli dəstək verərək ABŞ-yə müqavimət göstərəndə Vyetnamı 16-cı sovet sosialist respublikası elan etmək niyyətində deyildi, onu tamamilə kommunistləşdirmək, Moskvanın əlinə və ağzına baxar hala gətirmək fikrindəydi və buna nail oldu.

Yaxud 46 il öncə bu günlərdə Əfqanıstanda kommunist əqidədaşlarını (Təraki və yaxınlarını) öldürərək yolunu azmış kommunistləri (Hafizulla Əmin və komandasını) qətlə yetirən, onların yerinə yeni kommunist liderləri (Babrək Karməl və dəstəsini) gətirən Moskvanın niyyəti Əfqanıstanı SSRİ respublikalarından biri etmək deyildi.

Elə Əfqanıstan mücahidlərinə hərtərəfli dəstək verən ABŞ-nin istədiyi də bu ölkəni öz ərazisinə qatmaq deyildi, nüfuz dairəsinə almaq, sovet dövlətinə qarşı plasdarm kimi istifadə etmək idi və sonda öz istədiyinə dail oldu.

Dünyanın başqa yerlərində gedən bu tip savaşlar zamanı heç bir superdövlət kiçik dövlətlərin ərazisini öz əbədi mülkiyyəti elan etmək fikrinə düşmürdü, müharibə nüfuz dairəsi uğrunda gedirdi. Qüdrətli dövlətlər belə ölkələrdə marionet rejim qurmaq, ölkəni bir müddət istismar etmək niyyətində olurdular.

Hazırda isə böyük dövlətlər gözlərinə kəsdirdikləri kiçik ölkələrə sahiblənmək, öz mülkiyyətlərinə çevirərək, sövdə sənədi çıxarmaq istəyirlər.

Rusiyanın 11 ildir Ukraynaya qarşı işğalçılıq və ilhaqçılıq siyasətindən hər kəsin xəbəri var, bu barədə minlərlə məqalə yazılıb. 3 ildir davam edən qanlı müharibədə ölən və yaralananların sayı 1 milyonu aşıb, qırğın davam edir.

11 gündən sonra ABŞ prezidenti postuna oturacaq Donald Tramp bu yandan, yeni müharibələrin fitilini odlamaq üzrədir, artıq 4 ölkəyə qarşı ərazi iddiası irəli sürüb. Ən pisi odur ki, bu niyyətinin sözgəlişi deyilən söz olmadığını sübut edərək qısa müddətdə üçüncü dəfə təkrarlayıb. Trampın ərazi iddiası irəli sürdüyü ölkələr Kanada, Danimarka, Panama və Meksikadır. O, Kanadanın ABŞ ştatı olmasını, Danimarkanın Qrenlandiyanı, Panamanın okeanları birrləşdirən kanala nəzarəti ona verməsini, Meksikanın isə ABŞ-yə birləşməsini istəyir.

Yalnız sonuncuya dair iddia təkrarlanmadığı üçün düşünmək olar ki, Tramp məhz bunu sözgəlişi deyib. Hər halda Tramp nə qədər dəlisov biri olsa da, anlayır ki, 129 milyon nəfərlik əhaliyə malik olan, narkokartellərin “dövlət içində dövlət” qurduğu Meksikanın öz bir neçə miyonluq işsiz və canilər ordusu ilə ABŞ-yə birləşməsi ikincini elə günə qoyar ki, bir müddətdən sonra ABŞ istəsə də Meksikadan qopa bilməz.

Hazırda Danimarka və Panama Trampın açıqlamalarını hiddətlə qarşılamaqda və ona sərt cavablar verməkdədir. Artıq Avropada əndişə ilə yeni prezidentdən yeni açıqlamalar gözləyirlər ki, görsünlər, 79 yaşı olan və Ağ Evə ikinci dəfə qayıdan siyasətçinin fikri nədir.

Əslində ABŞ 1989-cu ildə bir dəfə Panamanı işğal edib, ancaq ölkəni ilhaq etmək fikrinə düşməyib, eləcə ABŞ-yə narkotik maddələr ötürülməsinin təşkilatçısı olan prezident Manuel Noryeqanı devirib, həbs edib, özüylə Mayamiyə aparıb, türməyə salıb, məsələni bitirib. İndi Tramp da Panamanın yerdə qalanına tamah salmır, eləcə kanalı istəyir. Bu isə Panamanın şah damarıdır, dolanışıq yeridir.

Böyük dövlətlərin indiki imperiya ambisiyasının ən gözəçarpan cəhəti odur ki, indi onlar ötən əsrdə olduğu kimi rəqib deyil, müttəfiqdirlər. Tramp Rusiyanın Ukraynanı və başqa kiçik ölkələri qamarlamasını istəyir, Moskva da Trampın adını çəkdiyi dövlətlərə hərbi müdaxiləsini arzulayır ki, öz intervensiyası haqlı durumda qalsın.

Beləliklə, get-gedə aydınlaşır ki, Tramp Ağ Evə yerləşəndən sonra da belə davam etsə, bəzi dünya liderləri ilə görüşüb dünyanı yenidən bölmək barədə razılığa gələcək.

Bu, indi fantastika kimi görünür, amma ABŞ-nin yeni prezidentinin avantürist niyyətləri və hərəkətləri qlobal prosesin bu yöndə olduğunu göstərir.

Ya da ola bilər ki, ABŞ demokratiyası da Cənubi Koreyadakı kimi güclü olacaq. Necə ki Koreya yarımadasının cənubundakı ölkədə öz mənafeyi üçün fövqəladə vəziyyət elan edən prezidentə impiçment elan edib vəzifəsindən kənarlaşdırdılar, ola bilər, Trampı da dünya düzənini pozmaq istədiyinə görə vəzifəsini icra etdiyi ilk illərdə postundan kənarlaşdıracaqlar. /musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Yanvar 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri