Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünya düzənində baş verən dəyişikliklər bütövlükdə dünya ictimaiyyətinin diqqətindən yayına bilməz.
Ona görə yayına bilməz ki, müşahidə edilən dəyişikliklər düşündürücüdür.
İstənilən halda, insan cəmiyyəti “ətrafda” baş verənlərin hansı təsirlərə səbəb olacağı barəsində düşünməli olur.
Xüsusən də, hansısa narahatlıqlar doğura biləcək hadisələr daha çox diqqət çəkir.
Sanki, “dünyanın yenidən bölüşdürüldüyü” müşahidə edilir və çoxqütblü dünyanın bundan sonra necə olacağı sualı ortaya çıxır...
ABŞ, Rusiya, Çin və Avropa İttifaqı üçün çoxqütblü dünya ilə bağlı “maraqlı suallar” ortaya çıxır Hadisələrin gedişatı onu deməyə əsas verir ki, artıq dünyanın yenidən bölüşdürülməsinə çoxdan başlanılıb.
Ekstremum, böhran nöqtəsi olmasa da, hazırki vəziyyət elə başlanğıc nöqtəsi də olsa sayıla bilər. Yəni, görünən hələ başlanğıcdır.