Icma.az
close
up
RU
Dünyanın bölüşdürülməsi, suallar doğuran ÇÖXQÜTBLÜ DÜNYA TƏHLİL

Dünyanın bölüşdürülməsi, suallar doğuran ÇÖXQÜTBLÜ DÜNYA TƏHLİL

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya düzənində baş verən dəyişikliklər bütövlükdə dünya ictimaiyyətinin diqqətindən yayına bilməz. Ona görə yayına bilməz ki, müşahidə edilən dəyişikliklər düşündürücüdür. İstənilən halda, insan cəmiyyəti “ətrafda” baş verənlərin hansı təsirlərə səbəb olacağı barəsində düşünməli olur. Xüsusən də, hansısa narahatlıqlar doğura biləcək hadisələr daha çox diqqət çəkir. Sanki, “dünyanın yenidən bölüşdürüldüyü” müşahidə edilir və çoxqütblü dünyanın bundan sonra necə olacağı sualı ortaya çıxır...

ABŞ, Rusiya, Çin və Avropa İttifaqı üçün çoxqütblü dünya ilə bağlı “maraqlı suallar” ortaya çıxır

Hadisələrin gedişatı onu deməyə əsas verir ki, artıq dünyanın yenidən bölüşdürülməsinə çoxdan başlanılıb. Ekstremum, böhran nöqtəsi olmasa da, hazırki vəziyyət elə başlanğıc nöqtəsi də olsa sayıla bilər. Yəni, görünən hələ başlanğıcdır. Bu prosesin daha gərgin dövrə də keçid alacağı belə təkzibedilməzdir. Belə ki, “dinamik dəyişiklik” müşahidə olunur, deməli, yaxın dövrdə hansı “bölgü” planlarının olduğu da aşkara çıxacaq. Hər halda, belə məqamların, ələlxüsus da plan və niyyətlərin ortaya çıxacağı halda müvafiq suallar da yaranacağı təkzib edilə bilməz.

Nəinki illər, hətta onillər boyu bir-birini həzm edə bilməyən Amerika və Rusiya kimi dövlətlərin nəyi, özü də necə bölüşəcəyi sualı təsadüfi ortaya çıxmayıb. İndi hər kəsi düşündürən suallardan biri də odur ki, görəsən, Rusiya və ABŞ üçün çoxqütblü dünya necə ola bilər? Bu iki dövlət dünyanın yenidən bölüşdürülməsində necə “razılığa” gələ biləcəklər? Həm də axı Çin və Aİ də bu “bölüşdürmədə” kənarda qalmaq, “oyundan kənar vəziyyətə” düşmək fikrində deyil. Deməli, sual bir qədər də dərinləşir və beləliklə, ABŞ, Rusiya, Çin və Avropa İttifaqı üçün çoxqütblü dünya ilə bağlı “maraqlı suallar” ortaya çıxır

Yenə nələr baş verir və gələcək planda daha nələr ola bilər?

Diqqətə çatdıraq ki, Qətər əmiri Təmim bin Həməd Al Tani sonuncu həftə Moskvaya səfər etdiyi zaman “onun adamları” ilə müzakirə olunan məsələlərdən biri və elə birincisi də məhz mayeləşdirilmiş təbii qaz tədarükü məsələsi olub və hətta bunun nə dərəcədə vacib olduğu da ciddi şəkildə qeyd edilib. Belə görünür ki, Avropa İttifaqı nəhayət, gələcəkdə Rusiyanın mayeləşdirilmiş təbii qazından imtina etmək istəyir, lakin o zaman ABŞ-dan və Qətərdən heç də az olmayan həddə, həcmdə bahalı qazdan istifadə etməli olacağını da indidən qəbul edir. Maraqlıdır, Aİ indi belə bir “seçim” fikrinə niyə düşməli olub? Yenə nələr baş verir və gələcək planda daha nələr ola bilər?

Rusiya ilə bağlanan müqavilələr, mayeləşdirilmiş təbii qazın boru kəməri ilə nəqli heç hesaba da alınmırmış. Sanki, guya bilən yox imiş ki, ABŞ və Qətər maye qazı hazırda daha yüksək qiymətə satıldığı yerə ancaq məhdud miqdarda nəql edir və hansısa boru kəmərinin belə olmaması sən demə “maneə” sayılmırmış. Doğrudur, bilirik ki, Avropanın bu il qaza daha çox ehtiyacı var. Onun əldə edilməsini ən azı on faiz artırmalıdırlar. Əks halda, Avropa tez bir zamanda çox sürətli şəkildə yoxsullaşmağa başlayacaq. Məhz buna görə də “Reuters” bu həftə Avropa istehsalçılarının Rusiya qazına qayıtmaq istədiklərini bildirib. “Reuters” məhz Fransanın “Engie” enerji və qaz şirkətinin icraçı vitse-prezidenti Didye Ollonun “Avropalılar Rusiya qazının tədarük həcminə – yəni, ildə 70 milyard kubmetrə qayıda bilərlər” sözlərini sitat gətirib. Yəqin ki, bunun da səbəbi var və belə fikirlərin tirajlanması heç də əsassız deyil.

Sualların heç biri təsadüfi yaranmır və ən azından, məntiqi baxımdan tam yerinə düşür

Başqa bir sual da ortaya çıxır ki, görəsən, Rusiya tərəfi nə qənaətdədir? Maraqlıdır, indi ruslar nə fikirləşirlər? Yəni, “sanksiyalar” Rusiyanın qaz axınını Şərqə çevirməyə məcbur etdikdən sonra ruslar maye qazlarını Avropaya satmaq istəyəcəklərmi? Xüsusilə də, döyüş meydanında rus əsgərlərinin öldürüldüyü Kiyevi Avropa silahla təmin etdikdən sonra belə bir istək haqqında düşünmək mümkündürmü? Bu sualların heç biri təsadüfi yaranmır. Ən azından, məntiqi baxımdan tam yerinə düşür. Əgər yerinə düşməsəydi, məhz Rusiyanın XİN rəhbəri, xarici işlər naziri Sergey Lavrov “Kommersant”a müsahibəsində bütün bunlara toxunmaz, bu suallarla bağlı mövqe sərgiləməzdi.

“Əgər bu insanlar indi özlərini belə aparacaqlarını düşünsələr, sonra da qəfil istəsələr, yaxud, başa düşsələr ki, daha dözə bilməyəcəklər və hansısa yolla münasibətləri “normallaşdırmaq” lazımdır, o zaman düşünəcəyik ki, vaxt gəlib, ya yox və hansı şəraitdə bu münasibətlər “normallaşacaq”. Doğrudan da, heç kim unudulmur. Heç bir mənada heç nə unudulmur”, deyə Lavrov vurğulayıb və bir növ, “məsələyə”, mövcud vəziyyətə həssaslıqla özünün və ölkəsinin “münasibətini” də sərgiləyib. Buna elə məhz hədə də demək olar. Yəqin ki, Sergey Lavrov hansısa “münbir şəraitin” olduğuna əmin olub və “münasib” bilib deyə, belə bir tərzdə çıxışı məqbul hesab edib. Deməli, “yenidən bölüşdürmə” artıq diqqəti yamanca cəlb edib.

Boruların “yad əllərdə” olduğuna görə bəzi məqamlar qətiyyən “həzm edilmir”

Diqqətə çatdıraq ki, elə bu qızğın müzakirələr həftəsində də Qərb mediası yaymağa başladı ki, bəs ABŞ Ukrayna ilə razılaşmanın bir hissəsi kimi indi bütün qaz kəməri sisteminin onlara verilməsini tələb edib. Görünən odur ki, bu halda ABŞ Avropaya qaz axınına, ya dənizlə, ya da Ukrayna boru kəməri ilə gətirilən mayeləşdirilmiş təbii qaz tədarükünə 100% nəzarət edəcəyi qənaətindədir. Lakin belə bir fikir də yayılıb ki, əgər Avropa özünü Amerika kimi deyil, “düzgün” aparsa, qaz axacaq, amma yanlış davransa, o zaman “kran” bağlanacaq.

Təbii ki, amerikalıların qazı məhz Rusiyadan alacağı gözlənilir. Başqa haradan mümkün ola bilər? Məsələ burasındadır ki, qaz Amerika boru kəmərinə daxil olduqdan sonra dərhal Amerika qazına çevriləcək. Fakt budur ki, vaxtilə haqqında qeyd olunan boruları bir zamanlar sovet fəhlələri, mühəndisləri quraşdırıblar, ancaq sonradan Qorbaçov kimi “dağıdıcı” onları Ukraynaya verib, hansı ki, indi ruslar həmin boruların “yad əllərdə” olduğuna görə bəzi məqamları “həzm edə” bilmirlər.

Dünya çox vacib bir astanada və cəlbedici kommersiya imkanları vasitəsilə münasibətlərin yenidən formatlaşdırmaq imkanı

Onu da nəzərə çatdıraq ki, ABŞ-ın qaz kəməri istəməsi ilə bağlı xəbərlər məhz ABŞ-ın xüsusi nümayəndəsi Vitkoffun Sankt-Peterburqda Putinlə görüşdən sonra “Fox News” telekanalına verdiyi açıqlama ilə tamamilə üst-üstə düşür. "Düşünürəm ki, biz bütün dünya üçün çox vacib bir şeyin astanasındayıq. Üstəlik, mən hesab edirəm ki, cəlbedici kommersiya imkanları vasitəsilə Rusiya-Amerika münasibətlərini yenidən formatlaşdırmaq imkanı var və bu, mənim fikrimcə, regionda real sabitliyi təmin edə bilər", deyə xüsusi nümayəndə Vitkoff qeyd edib.

İndi də Donald Tuskun sözlərini xatırlayaq. Onun sözlərindən də nəticə çıxarmaq çətin deyil. Tusk qeyd edir ki, hər bir iqtisadçının və hər bir menecerin milliyyəti var və əgər Rusiya, eləcə də ABŞ real sabitlikdən danışırsa, deməli, bu, Rusiya-Amerika sabitliyidir. Əbəs yerə deyil ki, Vitkoff dərhal deyir ki, Putinin vəzifəsi daimi sülhə nail olmaqdır. Təkcə beş ərazidən, yəni Krım, Luqansk, Donetsk, Zaporojye, Xersondan danışılmır və söhbət təhlükəsizlik protokollarından, NATO-dan, NATO-nun 5-ci maddəsindən gedir.

“Dünyəvi əmlak” bölgüsünün ən qızğın zamanı çatanda çox “əzələ nümayişi” müşahidə etməli olacağıq

Belə məlum olur ki, Trampa indi ruslar üçün “yad olan” boru kəməri lazımdır, amma ruslara da “sakit” və “zərərsiz” Avropa lazımdır. Əgər ABŞ boru kəməri ilə Avropanı “fəth” edirsə, həmin Avropanı da Rusiya ilə sülh müqaviləsi imzalamağa məcbur edə bilirsə, bu, artıq məntiqi sayılır. Yox əgər bilmirsə, deməli, “gələcəyə nəzər salmaq” kimi bir iş hələ müzakirə edilməli vəziyyətdə qalır...

ABŞ Avropaya “nəzarət etmək” fikrindədir. Amma niyə? Nəyə görə nəzarət niyyəti var? Gələcək çoxqütblü dünyada hər bir böyük ölkənin öz əraziləri olmalıdır axı. ABŞ sanki Avropanın ərazisini öz ərazilərinin bir hissəsi sayır. Rusiya, ən azından keçmiş sovet respublikaları üçün bir “mərkəz” kimi çıxış etmək iddiasında olsa belə, hələlik ABŞ istəklərinə və iddialarına oxşar iddiaları irəli sürmür, sərt şəkildə də iddialı çıxış etmir. Reallıq bundan ibarətdir ki, Çin də hələ qərarını verməyib. Lakin nəzərə alsaq ki, Çin uzun müddətdir, “Bir Kəmər və Yol” təşəbbüsünü təbliğ edir, deməli, elə məhz Çin də “öz təsiri üçün” ölkələri “hədəfə almaq” arzusundadır.

Bütün bu faktlar onu deməyə əsas verir ki, indi bütün dünya ictimaiyyəti sanki “dünyəvi əmlakın” yenidən bölüşdürülməsinin düz başlanğıcındadır. Hələlik bir görüntü şəklində müəyyən “siyasi mənzərələr və baxışlar” ortaya çıxır. Məhz başlanğıc olduğu üçün belədir. Heş şübhəsiz ki, elə həmin o qeyd olunan “dünyəvi əmlak” bölgüsünün ən qızğın zamanı çatanda çox “əzələ nümayişi” müşahidə etməli olacağıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Aprel 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri