Icma.az, Modern.az portalına istinadən məlumat yayır. Noyabrın 27-dən dünyanın diqqəti Suriyaya yönəlub.
“Heyət Təhrir əl-Şam” (HTŞ) və ya “Dəməşqin Azadlıq Heyəti” kimi tanınan müxalif silahlı qruplaşma Suriyanın ikinci ən böyük şəhəri olan Hələbə nəzarəti ələ keçirməklə diqqəti bölgəyə çəkib.Modern.az-ın məlumatına görə, HTŞ Suriyadakı vətəndaş müharibəsində fəal olan sələfi cihadçı təşkilatıdır.Təşkilat 2017-ci il yanvarın 28-də bir neçə qrupun birləşməsi nəticəsində yaranıb.
Bu qruplara “Cəbhə Fəth əl-Şam” (əvvəllər “ən-Nusra Cəbhəsi” kimi tanınırdı), “Ənsaruddin Cəbhəsi”, “Ceyş əl-Sünnə”, “Liva Əl-Haq” və Nurəddin Zengi Hərəkatı” daxildir.HTS bir çox ölkə tərəfindən terror təşkilatı kimi qəbul edilir.
Təşkilatın mənşəyi “Əl-Qaidə” ilə əlaqələndirilir, lakin HTS özünü müstəqil bir struktur kimi təqdim edir.HTŞ Suriyanın İdlib vilayətində təsirli olan Suriya Qurtuluş Hökumətinə sadiqdir.
HTŞ ABŞ, Kanada, Türkiyə və Böyük Britaniya da daxil olmaqla bir çox ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı kimi tanınıb.
ABŞ HTŞ-ni 2017-ci ilin martında, Türkiyə isə 2018-ci ilin avqustunda terror təşkilatı kimi tanıyıb.HTŞ-nin özəyini “Əl-Qaidə” ilə əlaqəli “ən-Nusra Cəbhəsi” təşkil edir və bu mənsubiyyət təşkilatın terror təşkilatı kimi tanınması üçün əsas bazalardan biridir.
İddialara görə, onun yaradılmasında İŞİD lideri Əbu Bəkr əl-Bağdadi də iştirak edib.Suriyanın şimal-qərbində silahlı müxalifət qüvvələri – HTŞ noyabrın 27-də çərşənbə günü hökumətə qarşı son illərin ən böyük hücumunu həyata keçirib.
Qəfil hücum Suriya ordusunun qoşunlarını Hələb şəhərdən çəkməsinə səbəb olub.