Icma.az
close
up
RU
Dünyanın diqqətini Suriyaya çəkən HTŞnin lideri KİMDİR...

Dünyanın diqqətini Suriyaya çəkən HTŞnin lideri KİMDİR...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Noyabrın 27-dən dünyanın diqqəti Suriyaya yönəlub. “Heyət Təhrir əl-Şam” (HTŞ) və ya “Dəməşqin Azadlıq Heyəti” kimi tanınan müxalif silahlı qruplaşma Suriyanın ikinci ən böyük şəhəri olan Hələbə nəzarəti ələ keçirməklə diqqəti bölgəyə çəkib.
Modern.az-ın məlumatına görə, HTŞ Suriyadakı vətəndaş müharibəsində fəal olan sələfi cihadçı təşkilatıdır.
Təşkilat 2017-ci il yanvarın 28-də bir neçə qrupun birləşməsi nəticəsində yaranıb. Bu qruplara “Cəbhə Fəth əl-Şam” (əvvəllər “ən-Nusra Cəbhəsi” kimi tanınırdı), “Ənsaruddin Cəbhəsi”, “Ceyş əl-Sünnə”, “Liva Əl-Haq” və Nurəddin Zengi Hərəkatı” daxildir.
HTS bir çox ölkə tərəfindən terror təşkilatı kimi qəbul edilir. Təşkilatın mənşəyi “Əl-Qaidə” ilə əlaqələndirilir, lakin HTS özünü müstəqil bir struktur kimi təqdim edir.
HTŞ Suriyanın İdlib vilayətində təsirli olan Suriya Qurtuluş Hökumətinə sadiqdir.

HTŞ ABŞ, Kanada, Türkiyə və Böyük Britaniya da daxil olmaqla bir çox ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı kimi tanınıb. ABŞ HTŞ-ni 2017-ci ilin martında, Türkiyə isə 2018-ci ilin avqustunda terror təşkilatı kimi tanıyıb.
HTŞ-nin özəyini “Əl-Qaidə” ilə əlaqəli “ən-Nusra Cəbhəsi” təşkil edir və bu mənsubiyyət təşkilatın terror təşkilatı kimi tanınması üçün əsas bazalardan biridir. İddialara görə, onun yaradılmasında İŞİD lideri Əbu Bəkr əl-Bağdadi də iştirak edib.
Suriyanın şimal-qərbində silahlı müxalifət qüvvələri – HTŞ noyabrın 27-də çərşənbə günü hökumətə qarşı son illərin ən böyük hücumunu həyata keçirib.

Qəfil hücum Suriya ordusunun qoşunlarını Hələb şəhərdən çəkməsinə səbəb olub. Rusiya Suriya ordusuna dəstək olaraq 2016-cı ildən bəri Hələbə ilk hava zərbələrini endirib.


HTŞ Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən qruplaşmalar arasında ən təsirli təşkilatlardan biri hesab olunur.
Lakin cihadçı ideologiyasına görə HTŞ Azad Suriya Ordusu adlanan əsas üsyançı koalisiya ilə ziddiyyət təşkil edir.

“Heyət Təhrir əl-Şam” qruplaşmasına Əbu Məhəmməd Colani rəhbərlik edir.
Suriyada doğulduğu bilinən Əbu Məhəmməd Colani son illərdə İdlib əyalətində infrastruktur layihəsinin açılışlarında və regional nüfuzlu şəxslərlə görüşlərdə iştirak edib. Onun bunu beynəlxalq terrorizmdən uzaqlaşmaq üçün etdiyinə dair qiymətləndirmələr var.

Bununla belə, ABŞ-ın Colaninin tutulması üçün təklif etdiyi 10 milyon dollar mükafat hələ də aktivdir.

Colaninin doğum ili ilə bağlı dəqiq məlumat yoxdur. Birləşmiş Millətlər Təşkilatının onun haqqında yaydığı məlumatlara görə, 1975-1979-cu illərdə doğulduğu güman edilir.
Hələb şəhərinə hücumlala bağlı paylaşılan fotolarda Colani mərkəzi rolda göstərilib.

Telegram-da paylaşılan təbliğat görüntülərində Colaninin digər komandirlərlə danışdığı, sənədlərə baxdığı görünür.

BBC-nin məlumatına görə, komandanlıq heyətinə “Əhrar əş-Şam” lideri Əhməd Dalati də daxildir.
Son dörd ildə Suriyada müharibə faktiki olaraq bitmiş kimi görünürdü.

Ölkənin böyük şəhərlərində prezident Bəşər Əsədin hakimiyyətinə etiraz edilməsə də, Suriyanın bəzi digər hissələri Əsədin birbaşa nəzarətindən kənarda qalır.

Bunlara vətəndaş müharibəsinin ilk illərindən Suriya dövlətinin nəzarətindən az-çox ayrı olan şərqdə kürdlərin çoxluq təşkil etdiyi və Suriya Demokratik Qüvvələrinin (SDQ) idarə etdiyi ərazilər daxildir.

2011-ci ildə Əsəd hakimiyyətinə qarşı vətəndaş müharibəsinin başladığı cənubda bəzi iğtişaşlar nisbətən sakit də olsa davam edir.

İŞİD hələ də Suriyanın geniş səhralarında təhlükəsizlik təhlükəsi yaradır.

Şimal-qərb İdlib əyaləti müharibənin qızğın vaxtında oraya sürgün edilən cihadçı və müxalif qrupların əlindədir və burada dominant güc Hələbə qəfil hücuma keçən HTŞ-dir.
Suriya hökumət qüvvələrinin nəzarəti bərpa etməyə cəhd etdiyi üçün İdlib bir neçə il döyüş meydanı olaraq qaldı.

Bununla belə, Əsədin əsas müttəfiqi Rusiya və üsyançıları – Azad Suriya Ordusunu dəstəkləyən Türkiyənin vasitəçiliyi ilə 2020-ci ildə əldə edilən atəşkəs razılaşması böyük ölçüdə təsirli olub.

Hələbdə təxminən 4 milyon insan yaşayır.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri