Dünyanın ən böyük buz dağı hərəkət edir: 29 ölkədən böyük əraziyə malik aysberq | Icma.az
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünyanın ən böyük buz dağı olan A23a, 38 illik mövcudiyyəti ərzində elm adamlarını dəfələrlə təəccübləndirib və yaxın gələcəkdə daha çox sürprizlərlə diqqət çəkməsi gözlənilir.
Milli.Az "Express"ə istinadən xəbər verir i, bu nəhəng buz dağı ilk dəfə 1986-cı ildə Antarktikanın Veddell dənizinin cənubundakı Filçner Buz Şelfindən qopub.
Lakin qısa müddət sonra dənizin dibinə ilişərək, 350 metr dərinlikdə "buz lövbəri" kimi sabit qalıb və 30 ildən artıq bir müddətdə oradan tərpənməyib.
Uzun fasilədən sonra yenidən hərəkətə keçdi 2020-ci ildən etibarən yavaş-yavaş əriməyə başlayan buz dağı bu proses nəticəsində hərəkətə keçib və səfərinə davam edir.
A23a-nın hansı istiqamətdə hərəkət edəcəyi ilə bağlı müzakirələr hələ də davam edir.
Elm adamları tərəfindən "ölməyə müqavimət göstərən buz dağı" adlandırılan bu parça, maraqlı geoloji proseslərin nümunəsi kimi qiymətləndirilir.
Nəhəng ölçülərə malikdir A23a-nın ölçülərini təsəvvür etmək çətindir. Peyk ölçümlərinə əsasən, buz aysberqin orta qalınlığı 280 metrdir.
Tam oxu
Xəbəri oxu