Icma.az, Modern.az portalına istinadən məlumat yayır. Bu gün 1990-cı ilin 20 Yanvarından bizi düz 36 il ayırır.
Bu rəqəm milyon illik tarix üçün kiçik görünə bilər, amma Azərbaycan xalqının taleyi üçün ölçüyəgəlməz dərəcədə ağır və yüklüdür.
Bu 36 ilin hər ili, hər günü, hər anı yaddaşımıza zülmlə, qaranlıqla, ağrı ilə, qanla, itkilərlə, eyni zamanda dirənişlə, mübarizə ilə, qalibiyyətlə həkk olundu.
Elə bil zaman uzandı, illər ağırlaşdı, tarix sıxıldı və bu 36 il min ilə bərabər oldu.
Biz bu zaman kəsiyində zülmü də gördük, xəyanəti də tanıdıq. Ümidsizliyi yaşadıq, dirənişi öyrəndik.
Dövlətin sarsıldığı anları, xalqın sınmadığı məqamları müşahidə etdik.
Və sonda bir həqiqəti dərk etdik ki, xalqı, dövləti keçməkeşlərdən təsadüf xilas etmir. Bu milləti yalnız milli adam xilas edə bilər.
***** Adam var ki, həyatını yalnız öz rahatlığı kimi dərk edir, kölgəsindən uzağa baxa bilmir, taleyini öz maraqları içində keçirir.