Icma.az
close
up
RU
Dünyanın ən böyük milli AZƏRBAYCANLISI

Dünyanın ən böyük milli AZƏRBAYCANLISI

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bu gün 1990-cı ilin 20 Yanvarından bizi düz 36 il ayırır. Bu rəqəm milyon illik tarix üçün kiçik görünə bilər, amma Azərbaycan xalqının taleyi üçün ölçüyəgəlməz dərəcədə ağır və yüklüdür.

Bu 36 ilin hər ili, hər günü, hər anı yaddaşımıza zülmlə, qaranlıqla, ağrı ilə, qanla, itkilərlə, eyni zamanda dirənişlə, mübarizə ilə, qalibiyyətlə həkk olundu.

Elə bil zaman uzandı, illər ağırlaşdı, tarix sıxıldı və bu 36 il min ilə bərabər oldu.

Biz bu zaman kəsiyində zülmü də gördük, xəyanəti də tanıdıq. Ümidsizliyi yaşadıq, dirənişi öyrəndik.

Dövlətin sarsıldığı anları, xalqın sınmadığı məqamları müşahidə etdik.

Və sonda bir həqiqəti dərk etdik ki, xalqı, dövləti keçməkeşlərdən təsadüf xilas etmir.

Bu milləti yalnız milli adam xilas edə bilər.

*****


Adam var ki, həyatını yalnız öz rahatlığı kimi dərk edir, kölgəsindən uzağa baxa bilmir, taleyini öz maraqları içində keçirir.

Adam var ki, ad üçün yaşayır, məşhur olması üçün çalışır, alqışla nəfəs alır.

Adam da var ki, yaşamaq səbəbini özündə tapmır. Xalqının taleyi ilə nəfəs alır, ömrünü millətin ömrünə calayır. Özünü xalqın ağrısında, sevincində kəşf edir.

Bəzən sənə elə gəlir ki, belə adamlar güzgüyə baxanda belə özünü görmür, sənə baxır, xalqa baxır, Vətənin üzünü görür.

Dünyanın ən böyük milli azərbaycanlısı olmaq nə deməkdir?

Bu suala hər kəsin fərqli cavabı ola bilər və bu, təbiidir.

Amma dəqiq olan budur ki, milli olmaq kreslo ilə ölçülmür. Mili olmaq protokol dili ilə tanınmır, səs-küy və gurultu ilə dəyərləndirilmir.

Ən böyük milli azərbaycanlı çiyinlərində ağır, amma şərəfli bir yük daşıyandır.

O yükü daşımaq üçün fiziki güc yetərli deyil, ruh lazımdır, vicdan lazımdır.

Çünki fiziki güc də ruhdan doğur, ondan sonra gəlir.

Milli adam özü üçün yaşamır, bilir ki, öz rahatlığını millətin ağrısı üzərində qurmaq mənəvi xəyanətdir.

Milli adam xalqın dərdinə kənardan baxmır. O dərdin içinə girir, onu öz taleyinə çevirir.

Ən böyük milli azərbaycanlı keçmişinə dərin ehtiramla yanaşır, onu özkeçmişi kimi qəbul edir. Tarixə canlı yaddaş kimi baxır, onunla yaşayır.

Milli uluların yarımçıq qalan arzularını tamamlamadan rahatlıq tapmır, tarixin yarımçıq görünən işlərini sona çatdırmağı özünə borc bilir.

Böyüklərə ehtiram onun davranışında görünür. Ağsaqqal sözünü yarımçıq kəsmir, o sözlərdə əsrlərin hikmətinin, zamanın sınağından çıxmış həqiqətlərin boylandığını bilir.

Bildiyini, təcrübəsini səmimi şəkildə gənclərlə bölüşür, onlara düz yol göstərir. Gənclərin inamını düzgün istiqamətə yönəltməyi dövlət qədər müqəddəs sayır.


Ən böyük milli azərbaycanlı xalqını şərtsiz sevir. Bu sevgi qarşılıq gözləmir, bu, fədakarlıqdır, səbrdir. Bu sevgi bəzən susmaq, bəzən dözməkdir, bəzən də bütün ağırlığı təkbaşına daşımaqdır.

Ən böyük milli azərbaycanlı insanlara rəqəm kimi baxmır. Hər bir fərdi düşünür, hər kəsi Vətənin canlı bir parçası sayır.

Ən böyük milli azərbaycanlı hər şəhidin atasına ata olur, anasının göz yaşını öz ürəyində daşıyır, hər bir şəhidi öz övladı bilir.

Ən böyük milli azərbaycanlı Şuşanın azad edilməsinə ən çox sevinəndir. Bu sevinc tariximizin sınmış belinin düzəlməsi, əsrlərin həsrətinin sona çatmasıdır. O sevincin göz yaşlarında qələbə ilə yanaşı, şəhidlərin ruhu, anaların duası, torpağın nəfəsi danışır.

Gəncə terrorunda valideynlərini itirmiş balaca qızcığazın əlindən tutub addımlayanda, o əl bir uşağın əlini tutmur. O əl millətin minlərlə atasız qalan ümidinin əlidir, onların tale yükünü öz çiyninə götürür.

Ən böyük milli azərbaycanlı mübarizdir, dövlətinə qarşı olanlara qarşı susmur. Bayrağı başı üzərində tutmaqla kifayətlənmir, onun nazı ilə oynayır, onun məsuliyyətini daşıyır.

Dilini elə qoruyur ki, danışığında bir kəlmə yad söz eşitməzsən. Adət-ənənələrə toxunulmaz, müqəddəs varlıq kimi baxır. Vətəni göz bəbəyi kimi qoruyur.

Sizcə yuxarıda sadalanan bu xarakter, bu ruh, bu təpər, bu güc kimdə var?

Bu sualın cavabı uzaqda deyil, bu şəxs Dünya Azərbaycanlılarının Lideri İlham Əliyevdir.

İlham Əliyev dünyanın ən böyük milli azərbaycanlısıdır, ÇAĞDAŞ AZƏRBAYCANIN ƏN MİLLİ ADAMIDIR.

O, milli düşüncənin canlı təcəssümü, tarixi məsuliyyəti çiyinlərinə götürmüş bir liderdir.


Onun milli ruhu ailədən gəlir.

Atası, Ulu Öndər Heydər Əliyevin azərbaycanlı olmaqla fəxr etməsi həyat mövqeyi idi. Bu mövqe bir nəsildən digərinə ötürüldü.

Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur. Dövlət qurmaq isə ən böyük milli olmaq deməkdir.

İlham Əliyevin anası Zərifə Əliyeva milli Azərbaycan xanımının ləyaqət ölçüsü idi. Elm, insan sevgisi bu ailənin mənəvi sütununa çevrilmişdi. Əslində isə o, bir xalqın dərdini özündə daşıyan Heydər Əliyevin görünməz silahdaşı idi. 

İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva başdan ayağa milli kaloritli, milli kimlikli, milli düşüncəli, milli ruhlu bir xanımdır.

O, dövlət və xalq yolunda həyatını sərf edən Ali Baş Komandanın hər an yanında olan silahdaşıdır.

Mehriban Əliyevanın atası Arif Paşayev, anası Aida İmamquliyeva milli ruhlu ailələrdə böyüyüblər.

İlham Əliyevin övladları dünyanı “Xocalıya ədalət” ə səsləyən, Cümhuriyyət qurucularını əbədiləşdirən, tariximizi bu günə daşıyan “Əbədi ezamiyyət”, “Son iclas” kimi filmlər yaradan milli gənclərdi.

Bəlkə də Allah İlham Əliyevin ailəsində bu cür milli düşüncə daşıyıcılarını bir araya gətirib. Keçmişi də, bu günü də... Gələcək də milliliklə sığortalanıb.

İlham Əliyev həyatı bahasına Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bu yol asan olmadı. Bir tərəfdə qan, qada, o biri tərəfdə dünyanın nəhəng ölkələrinin basqısı vardı. Amma İlham Əliyevdə olan iradə, səbr və inam tarixi ərtazilərimizi bizə qaytardı. Bu yol indi də hətta çoxumuzun dərk edə bilmədiyimiz “ya olum, ya ölüm” yolu idi.

İlham Əliyevin “Ata vəsiyyətini yerinə yetirdim” cümləsi sadə ifadə deyildi. Bu cümlə bir xalqın çiyinlərindən asılan ağır yükün yerə qoyulması idi.


İlham Əliyev etdiklərinin mində birini danışmır.

Xidmətlərini şişirtmir.

Səssiz xidmət edir.

Bilinən oldur ki, bu səssizlik tarixdə ən gur səs kimi qalacaq.

Bu xidmət xalq durduqca xatırlanacaq, hər gün yenidən kəşf olunacaq.

Bu xidmət gələcək nəsillər üçün dövlətçilik dərsinə çevriləcək.

Bəli, dünyanın ən böyük milli azərbaycanlısı olmaq böyük məsuliyyətdir, təmiz vicdandır. Dövlətinin ərazi bütövlüyünü bərpa etmək, tarixi torpaqlara yol açmaqdır.

Ölkəni yad ideologiyaların təsirindən çıxarmaqdır.

Amma bütün bunları səssiz etməkdir.

Ən böyük milli azərbaycanlı etdiklərini danışmır, xidmətlərini şişirtmir.

İlham Əliyev kimi...

İlham Əliyev Dünyanın Ən Byük Milli Azərbaycanlısıdır.

*****


Bu gün 2026-cı ilin 20 Yanvarıdır.

Bu gün dünyanın ən böyük milli azərbaycanlısı Davosda danışır. Dünyaya söz deyir, görüşlər keçirir, qalib dövlətin qalib lideri kimi çıxış edir.

Amma o, Davosa Şəhidlər Xiyabanından keçərək getdi. Çünki milli adam üçün yol həmişə eyni yerdən başlayır.

Tarixdən, Şəhidlərin ruhundan, xalqın ağrısından başlayır.

Və milli adam harada danışırsa-danışsın, dünyanın hansı tribunasında dayanırsa-dayansın, gözləri önündə həmişə Şəhidlər Xiyabanının torpağı olur.

Bu, həm də 36 ilin yekunudur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:414
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri