Dünyanın ən etibarlı avtomobilləri açıqlandı SİYAHI

26.11.2026

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

30 avtomobil markasına aid 227 modelin qiymətləndirildiyi qlobal etibarlılıq araşdırmasının nəticələri açıqlanıb. Tədqiqat zamanı avtomobillərin nasazlıq tezliyi, təmir xərcləri və yolda qalma halları nəzərə alınıb.

Banco.az xəbər verir ki, MotorEasy ilə əməkdaşlıq çərçivəsində aparılan araşdırma avtomobil sahiblərinin real istifadə təcrübələrinə və servis qeydlərinə əsaslanıb. Nəticələrə görə, siyahıda Asiya və Avropa istehsalçılarının modelləri yer alıb.

Ən etibarlı 10 avtomobil

Araşdırmanın nəticələrinə əsasən, etibarlılıq reytinqində ilk 10-luq belə formalaşıb:

Hyundai i10 (2020–indiyədək)

Hyundai Santa Fe (2018–2024)

Kia EV3 (2024–indiyədək)

Toyota GR Yaris (2016–indiyədək)

Toyota Aygo X (2021–indiyədək)

Vauxhall Grandland – benzin versiyası (2024–indiyədək)

Toyota RAV4 (2019–indiyədək)

Mini Hatchback (2014–2024)

Volkswagen T-Roc (2018–2025)

Porsche Macan (2021–indiyədək)

Beləliklə, Hyundai i10 araşdırmada ən etibarlı avtomobil modeli seçilib. İlk üçlükdə Hyundai və Kia markalarının modelləri qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью