Dünyanın ən etibarlı avtomobilləri açıqlandı SİYAHI
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
30 avtomobil markasına aid 227 modelin qiymətləndirildiyi qlobal etibarlılıq araşdırmasının nəticələri açıqlanıb. Tədqiqat zamanı avtomobillərin nasazlıq tezliyi, təmir xərcləri və yolda qalma halları nəzərə alınıb.
Banco.az xəbər verir ki, MotorEasy ilə əməkdaşlıq çərçivəsində aparılan araşdırma avtomobil sahiblərinin real istifadə təcrübələrinə və servis qeydlərinə əsaslanıb. Nəticələrə görə, siyahıda Asiya və Avropa istehsalçılarının modelləri yer alıb.
Ən etibarlı 10 avtomobil
Araşdırmanın nəticələrinə əsasən, etibarlılıq reytinqində ilk 10-luq belə formalaşıb:
Hyundai i10 (2020–indiyədək)
Hyundai Santa Fe (2018–2024)
Kia EV3 (2024–indiyədək)
Toyota GR Yaris (2016–indiyədək)
Toyota Aygo X (2021–indiyədək)
Vauxhall Grandland – benzin versiyası (2024–indiyədək)
Toyota RAV4 (2019–indiyədək)
Mini Hatchback (2014–2024)
Volkswagen T-Roc (2018–2025)
Porsche Macan (2021–indiyədək)
Beləliklə, Hyundai i10 araşdırmada ən etibarlı avtomobil modeli seçilib. İlk üçlükdə Hyundai və Kia markalarının modelləri qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 26 Noyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















