Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
London, 10 may, AZƏRTAC Arzu Abbasova 8 ildir Londonda yaşayır və hazırda dünyanın ən qədim və Birləşmiş Krallığın aparıcı müdafiə və təhlükəsizlik üzrə beyin mərkəzi olan “RUSI”də (Royal United Services Institute) araşdırmaçı kimi fəaliyyət göstərir.
O, beynəlxalq təhlükəsizlik və maliyyə sahəsində apardığı araşdırmalarla yanaşı, qlobal konfranslarda və layihələrdə də iştirak edir.
Arzu Abbasova AZƏRTAC-a verdiyi müsahibədə peşəkar yoluna, təhsilinə, qazandığı təcrübələrə və gənclərə tövsiyələrinə dair fikirlərini bölüşüb.
-“RUSI”də fəaliyyətiniz konkret olaraq hansı istiqamətləri əhatə edir və əsas vəzifələriniz nədən ibarətdir?– Hazırda “RUSI”nin maliyyə və təhlükəsizlik departamentində araşdırmaçı kimi çalışıram.
Fokuslandığım mövzular arasında maliyyə inklüzivliyi, terrorun maliyyələşdirilməsi və yeni texnologiyaların beynəlxalq maliyyə cinayətlərində rolu kimi sahələr var.
Bu iş çərçivəsində konfranslarda iştirak edir, müxtəlif ölkələrdə təlimlər keçirirəm.
Səfərlərim əsasən Afrika, Qərbi Balkan və Latın Amerikası regionlarına olur.