Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Dünyanın ən qədim beyin mərkəzində çalışan azərbaycanlı: Hədəfim siyasətə təsir etməkdir MÜSAHİBƏ

Dünyanın ən qədim beyin mərkəzində çalışan azərbaycanlı: Hədəfim siyasətə təsir etməkdir MÜSAHİBƏ

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

London, 10 may, AZƏRTAC

Arzu Abbasova 8 ildir Londonda yaşayır və hazırda dünyanın ən qədim və Birləşmiş Krallığın aparıcı müdafiə və təhlükəsizlik üzrə beyin mərkəzi olan “RUSI”də (Royal United Services Institute) araşdırmaçı kimi fəaliyyət göstərir. O, beynəlxalq təhlükəsizlik və maliyyə sahəsində apardığı araşdırmalarla yanaşı, qlobal konfranslarda və layihələrdə də iştirak edir. Arzu Abbasova AZƏRTAC-a verdiyi müsahibədə peşəkar yoluna, təhsilinə, qazandığı təcrübələrə və gənclərə tövsiyələrinə dair fikirlərini bölüşüb.

-“RUSI”də fəaliyyətiniz konkret olaraq hansı istiqamətləri əhatə edir və əsas vəzifələriniz nədən ibarətdir?

– Hazırda “RUSI”nin maliyyə və təhlükəsizlik departamentində araşdırmaçı kimi çalışıram. Fokuslandığım mövzular arasında maliyyə inklüzivliyi, terrorun maliyyələşdirilməsi və yeni texnologiyaların beynəlxalq maliyyə cinayətlərində rolu kimi sahələr var. Bu iş çərçivəsində konfranslarda iştirak edir, müxtəlif ölkələrdə təlimlər keçirirəm. Səfərlərim əsasən Afrika, Qərbi Balkan və Latın Amerikası regionlarına olur.

– Təhsiliniz və əvvəlki iş təcrübəniz barədə məlumat verərdiniz.

– Bakalavr təhsilimi Londonda yerləşən “SOAS” Universitetində beynəlxalq münasibətlər üzrə almışam. Daha sonra Fransada “Sciences Po” Universitetində beynəlxalq təhlükəsizlik və London İqtisadiyyat Məktəbində beynəlxalq münasibətlər üzrə ikili magistr proqramını bitirmişəm. Təhsildən sonra birbaşa olaraq beyin mərkəzində fəaliyyətə başladım. Bundan öncə London merinin ofisində, Böyük Britaniyada fəaliyyət göstərən bir neçə qeyri-hökumət təşkilatlında və digər bir beyin mərkəzi olan IISS-də (International Institute for Strategic Studies) yarımştat işçi və təcrübəçi kimi çalışmışam.

– Beyin mərkəzlərində işləmək qərarına necə gəldiniz?

– Beynəlxalq diplomatiyaya uşaqlıqdan böyük marağım olub. Bu sahəyə sevərək gəlmişəm. Britaniyada karyera imkanlarını araşdırarkən beyin mərkəzlərində çalışmaq mənə çox maraqlı gəldi. Çünki bu qurumlar akademiya ilə siyasət quruculuğunun, yəni “policy-making”in tam kəsişməsində yerləşir və hökumət, akademiya və bəzən də vətəndaş cəmiyyəti ilə sıx əlaqədədir. Bu da görülən işin və aparılan araşdırmaların siyasətə çevrilməsi imkanlarını əhəmiyyətli dərəcədə artırır və proseslərə təsir göstərməyi optimallaşdırır.

– İşinizin hansı tərəflərini daha çox sevirsiniz?

– Sahəmin ən sevdiyim tərəfi heç vaxt monoton bir iş olmamasıdır. Hər günü fərqlidir. Siyasət və beynəlxalq münasibətlər oxuyan hər bir şəxsin xəyalı odur ki, dünya siyasətində nəyisə dəyişə bilsin. Bu, xırda bir şey də ola bilər, böyük bir dəyişiklik də. Beyin mərkəzində ən kiçik dəyişikliyə belə töhfə vermək xoş bir hissdir. Eyni zamanda, işimin böyük bir hissəsi hazırda beynəlxalq təlimlər keçmək və müxtəlif platformalarda çıxış etməkdən ibarətdir. Bu isə mənə fərqli ölkələrin siyasətini, mədəniyyətini və tarixi kontekstini daha dərindən anlama fürsəti verir. Düşünürəm ki, daim öyrənə biləcəyiniz və öz fikirlərinizi inkişaf etdirə biləcəyiniz bir mühitdə çalışmaq həm peşəkar, həm də şəxsi inkişaf üçün ən önəmli amillərdəndir.

– Beyin mərkəzləri haqqında cəmiyyətdə hansı yanlış təsəvvürlər var?

– Ən çox rast gəlinən miskonsepsiya budur ki, beyin mərkəzlərində yalnız araşdırma yazılır. Bəzən insanlar düşünür ki, biz günlərlə kompüter arxasında oturub qalın hesabatlar hazırlayırıq və işimizin mahiyyəti yalnız bundan ibarətdir. Əslində isə bu, işin görünən və kiçik bir hissəsidir. İngiliscə beyin mərkəzi “think tank” deməkdir. Burada olan “think” sözü (yəni düşünmək) sözü bir çoxlarının beynində passiv bir fəaliyyət kimi canlanır. Amma biz yalnız düşünmürük, biz həm də qururuq, əlaqələndiririk və təsir edirik. Siyasətçilərlə işləyirik, jurnalistlərlə dialoqa giririk, beynəlxalq tədbirlərdə çıxış edirik, layihələr qurur və icra edirik. Əslində isə layihə menecmentindən tutmuş tərəfdaşlarla düzgün münasibət, auditoriyaya uyğun təqdimat və ictimai çıxış bacarığı bu sahənin əsas hissələrindəndir.

– Sizin ixtisaslaşdığınız maliyyə və təhlükəsizlik sahəsinin gələcəyi ilə bağlı nə düşünürsünüz?

-Maliyyə və təhlükəsizlik sahəsinin gələcəyi, xüsusilə də beynəlxalq maliyyə cinayətləri və terrorun maliyyələşdirilməsi mövzularında, bir sıra meyillərlə artıq müəyyən dərəcədə cızılmış kimi görünür. Amma bu sahə sabit deyil, əksinə, geosiyasi dəyişikliklərə, texnoloji yeniliklərə və siyasi prioritetlərə olduqca həssasdır. Xüsusilə də süni intellekt, kriptovalyutalar və rəqəmsal ödəniş sistemləri kimi texnologiyaların yayılması həm yeni imkanlar yaradır, həm də sui-istifadə risklərini artırır. Düşünürəm ki, gələcəkdə bu sahədə əsas çağırışlardan biri təhlükəsizlik və inklüzivlik arasında balans tapmaq olacaq. Bir tərəfdən cinayətkar fəaliyyətlərin qarşısını almaq üçün ciddi nəzarət mexanizmləri qurulmalıdır, digər tərəfdən isə bu yanaşmalar adi vətəndaşların maliyyə hüquq və imkanlarını məhdudlaşdırmamalıdır və onların maliyyə sisteminin bir hissəsi olmaqdan çəkindirməməlidir.

– Beynəlxalq münasibətlər sahəsini seçmək istəyən gənclərə nə tövsiyə edərdiniz?

– Gənclərə tövsiyəm odur ki, beynəlxalq münasibətlər sahəsinə daxil olmamışdan öncə bu sahənin nə qədər geniş və çoxşaxəli olduğunu dərindən başa düşsünlər və nə istədiklərinə qərar versinlər. Diplomatiya, təhlükəsizlik, inkişaf siyasəti, siyasət quruculuğu bu sahənin tərkib hissələridir. Yəni bu qeyri-müəyyən və geniş sahədə gənclərimizin öz maraqlarına uyğun konkret istiqamət seçib bilik və bacarıqlarını dərinləşdirmələri ən doğru addım olar. İkinci önəmli məsələ analitik təhlil və kritik düşüncə qabiliyyətləridir. Sahədə uğur qazanmaq üçün yalnız oxumaq kifayət deyil, eyni zamanda, oxuduqlarını doğru şəkildə təhlil edib təqdim etməyi bacarmaq vacibdir. Yəni sizdən məlumat ötürmək yox, həm də dəyərli fikir formalaşdırmaq gözlənilir. Ən sonda isə açıq fikirli və çevik olmaq lazımdır. Bu sahədə çalışanlar dəyişikliklərə uyğunlaşmağı, daim yenilənməyi və fərqli perspektivlərdən düşünməyi bacarmalıdır. Kitablar qədər insanlarla ünsiyyət, tədbirlərdə iştirak və real təcrübə də önəmlidir. Yəni səmimi danışsaq, həm masa arxasında, həm də meydanda olmaq lazımdır.

- İki ölkədə magistratura təhsili almaq sizə hansı fərqli perspektivlər qazandırdı?

-Mənim şəxsi təcrübəmə əsasən, Böyük Britaniya və Fransanın təhsil sistemləri əsaslı şəkildə fərqlənir. İngiltərədə tələbədən gözlənilən budur ki, oxuduğunu təkcə anlamasın, həm də şübhə altına alsın, arqumentləşdirsin və öz baxış bucağını formalaşdırsın. Bu, mənə düşüncələrimi sistemli şəkildə əsaslandırmaq vərdişi qazandırdı. Fransada isə təhsil daha çox praktik məşğələlərə və tətbiqi biliklərə yönəlib. Burada konkret vəziyyətlər üzərindən işləmək, komanda daxilində tapşırıqları yerinə yetirmək və real problemlərə yaradıcı yanaşmaq qabiliyyəti inkişaf etdirilir. Yəni nəzəriyyəni necə praktikaya çevirmək sualına cavab verməyi öyrəndim. Hər iki sistemi təcrübədən keçirmiş olmaqdan çox məmnunam, çünki bu yanaşmalar bir-birini tamamlayır və peşəkar bacarıqların inkişafı üçün məndə güclü təməl yaradıb. Əslində, hər iki istiqamət mənim üçün önəmlidir. Gələcək bir-iki il ərzində doktorantura (PhD) pilləsində təhsil almağı planlaşdırıram. Çünki həm daha dərindən ixtisaslaşmaq arzum var, həm də başa düşmüşəm ki yeni mövzular öyrənməkdən zövq alıram. Bununla yanaşı, siyasi karyera ilə bağlı ambisiyalarım da davam edir. Ümid edirəm ki, gələcəkdə istər analitik mərkəzlərdə, istərsə də başqa müxtəlif təşkilatlarda siyasətə bir şəkildə təsir edən, mənalı və faydalı işlərlə məşğul ola bilərəm.

-Musiqiyə marağınızın olduğunu bilirik. Bu hobbinizin peşəkar həyatınıza və gündəlik motivasiyanıza hansı təsirləri var?

-İşimdən kənar, uşaqlıqdan etibarən musiqi ilə peşəkar şəkildə məşğul olmuşam, həm bəstəkarlıq, həm də pianoçu kimi. Düşünürəm ki, işdən əlavə zövq aldığınız bir sahənin olması çətin günlərdə emosional qidalandırıcı təsir göstərir. Mən hər zaman musiqi və siyasəti bir-birinə oxşatmışam, əslində, hər ikisində də insanlara bir fikir çatdırmaq istəyirsən, musiqidə ifa ilə, vurğularla, siyasətdə isə mövqeyini və düşüncəni müxtəlif formalarda ifadə etməklə.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see247

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri