“Dünyanın kəsişməsi” İrəvanın qondarma layihəsi | Icma.az
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan rəhbərliyi avantürizmindən əl çəkmir Bir neçə gün əvvəl jurnalistlər Ermənistanın baş naziri Nikol Paşinyana “Dünyanın kəsişməsi” ideyası ilə bağlı sualı təsadüfən ünvanlamamışdılar.
Məsələ ondadır ki, 2025-ci il başlayandan rəsmi İrəvanın təmsilçiləri bu ideyadan bir o qədər söz açmırdılar.
Daha doğrusu, erməni iqtidar nümayəndələri, əslində, “Dünyanın kəsişməsi”ndən qaynaqlanan planlarını dilə gətirir, ancaq bunu ad çəkmədən edirdilər.
Ola bilər, Azərbaycanı qıcıqlandırmamağı düşünür, habelə beynəlxalq aləmə ölkəmizi qıcıqlandırmaqdan uzaq durduqlarını göstərmək istəyirdilər.
Məlumdur ki, “Dünyanın kəsişməsi” Azərbaycanın 44 günlük müharibədən sonra irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsünə alternativ mahiyyət daşıyır.
Məqsəd Ermənistanın Şimaldan Cənuba Şərqdən Qərbə doğru qlobal tranzitin açar fiquruna çevirməkdir.
Qısaca, əsas yollar Ermənistanda birləşəcək və ölkə bundan gəlir götürəcək. Gəlir isə erməni avantürizminin saxlanılmasını təmin edəcək.
Tam oxu
Xəbəri oxu