Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

“Dünyanın kəsişməsi” İrəvanın qondarma layihəsi

“Dünyanın kəsişməsi” İrəvanın qondarma layihəsi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan rəhbərliyi avantürizmindən əl çəkmir

Bir neçə gün əvvəl jurnalistlər Ermənistanın baş naziri Nikol Paşinyana “Dünyanın kəsişməsi” ideyası ilə bağlı sualı təsadüfən ünvanlamamışdılar. Məsələ ondadır ki, 2025-ci il başlayandan rəsmi İrəvanın təmsilçiləri bu ideyadan bir o qədər söz açmırdılar. Daha doğrusu, erməni iqtidar nümayəndələri, əslində, “Dünyanın kəsişməsi”ndən qaynaqlanan planlarını dilə gətirir, ancaq bunu ad çəkmədən edirdilər. Ola bilər, Azərbaycanı qıcıqlandırmamağı düşünür, habelə beynəlxalq aləmə ölkəmizi qıcıqlandırmaqdan uzaq durduqlarını göstərmək istəyirdilər.

Məlumdur ki, “Dünyanın kəsişməsi” Azərbaycanın 44 günlük müharibədən sonra irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsünə alternativ mahiyyət daşıyır. Məqsəd Ermənistanın Şimaldan Cənuba Şərqdən Qərbə doğru qlobal tranzitin açar fiquruna çevirməkdir. Qısaca, əsas yollar Ermənistanda birləşəcək və ölkə bundan gəlir götürəcək. Gəlir isə erməni avantürizminin saxlanılmasını təmin edəcək. Qərbin bəzi dairələrinin baxışlarında isə “Dünyanın kəsişməsi”, necə deyərlər, Ermənistanı pul xərcləmədən əldə saxlamaq vasitəsidir. Görünür, xaricdə quyuya daimi su tökməklə onu sulu saxlamağın mümkünsüzlüyünü düşünənlər var.

Haşiyə çıxaq ki, “Dünyanın kəsişməsi” Zəngəzur dəhlizi ideyasının ermənisayağı qavramının məhsuludur. Həmin qavrama görə, Azərbaycanın təşəbbüsü Ermənistanın ərazi bütövlüyünü və suverenliyini təhlükə altına alır, sərhəd toxunulmazlığına xələl gətirir. Müvafiq olaraq, “Dünyanın kəsişməsi” rəsmi İrəvan üçün həm də ölkəmizin, guya, işğalçı olduğunu sübuta yetirmək vasitəsidir. Yəni ideyanın beynəlxalq miqyasdakı təbliğatına bu ritorika hakim kəsilib və belə yanaşma “Dünyanın kəsişməsi”nin ancaq siyasi əhəmiyyətini vurğulayır. Hayların qaldırdıqları vay-şivən bu “əhəmiyyəti” ön plana daşıyır. Halbuki, ön planda dayanmalı olan iqtisadi səmərədir.

Nəticə etibarilə, Ermənistan özünün ərazi bütövlüyü və suverenlik klişesi ilə Zəngəzur dəhlizinin real iqtisadi paradiqmasını heçə endirmək yolunu tutur. Baxmayaraq ki, Azərbaycan rəhbərliyi ölkəmizin Ermənistanın sərhədlərini dəyişdirmək niyyətində olmadığını dəfələrlə nəinki vurğulayıb, eyni zamanda, müxtəlif təmaslar zamanı ölkənin yurisdiksiyasına xələl gətirməyəcək formullar irəli sürüb. Amma qarşı tərəf bununla razılaşmayıb.

Bəli, erməni iqtidarının neçə vaxtdır müraciət etmədiyi “Dünyanın kəsişməsi”nə yenidən üz tutmasını təkcə Paşinyanın açıqlaması sübuta yetirmir. Hay hakim komandasına bu “işdə” xaricdəki havadarları da kömək göstərirlər. Bu, öz yerində. Başlıca məqam “Dünyanın kəsişməsi”nin nə üçün məhz indi ortaya atılmasıdır.

Diqqət yetirək, erməni avantürizminin məhsulu olan təşəbbüs regional kommunikasiyaların açılması, daha dəqiq desək, blokadadan çıxarılması ilə əlaqədar gündəmə gətirilir. Əslində, Ermənistan rəhbərliyi məlum olan məsələ üzərinə yenidən qayıtmaq yolunu tutur. Paşinyan və tərəfdarları Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü iki şərtin ətrafında gəzişdikləri, müxtəlif manipulyativ hiyləgər təkliflər səsləndirdikləri kimi, bu istiqamətdə də eyni yolu tuturlar. Belə yanaşma mövzunu mahiyyətdən uzaq qeyri-real təkliflərlə gündəmdə saxlamağa hesablanıb. Məqsəd Ermənistanın sülh və əməkdaşlıq xəttinə sadiq, Azərbaycanın isə bundan yayınmaq istəyən, qeyri-konstruktiv dövlət görüntüsünü formalaşdırmaqdır. Bu yolla ölkəmizin iki şərtini də gündəmdən çıxarmaq, əhəmiyyətsizləşdirmək xətti götürülür.

Rəsmi İrəvan populizmi işə salır, Ermənistanı daim təkliflər verən, konfliktdən uzaq durmağa çalışan qiyafəsində təqdim edir ki, Azərbaycanın real yanaşmalarına əhəmiyyətsiz münasibət yaransın. Nikol və tərəfdarları özlərinin destruktiv mövqelərini pərdələməyi də düşünürlər. Daha böyük məqsəd beynəlxalq ictimaiyyətin anti-Azərbaycan köklənişində qalmasıdır.

Ermənistan rəhbərliyinin populizmi çoxtərəflidir. Bunun Azərbaycanın ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasına dəyişiklik baxımından meydanda olan təzahürlərindən söz açmışıq. Yəni bildirmişik ki, Paşinyan iqtidarı ən müxtəlif vasitələrlə ölkəmizin irəli sürdüyü iki şərtə qarşı çıxır, beləliklə işğalçılıq və ərazi iddiası üçün hüquqi zəmin saxladığını düşünür. Əvvəldə vurğuladıq ki, “Dünyanın kəsişməsi” də erməni avantürizminin davamı üçün iqtisadi mexanizmdir.

Azərbaycanın məqsədi isə iki gün əvvəl ölkəmizin Xarici işlər naziri Ceyhun Bayramovun da bildirdiyi kimi, Naxçıvana maneəsiz yoldur: “Azərbaycan ümumi kommunikasiyaların açılmasına əlavə olaraq, Qərb bölgələri ilə Naxçıvan arasında əlaqənin qurulmasına xüsusi yanaşma tələb edir. Çünki belə hal yoxdur ki, bir ölkə iki hissəyə parçalanmış olsun. Mən bunun tarixi aspektlərinə toxunmaq istəmirəm. Ermənistan hələ 2020-ci ildə maneəsiz keçid üzrə öhdəlik götürüb (44 günlük müharibəyə son qoyan, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat nəzərdə tutulur – red.) və bu yerinə yetirilməlidir. Azərbaycan üçün bu keçid, sözün əsl mənasında, maneəsiz olmalıdır, heç bir maneə olmamalıdır. Bu elə bir öhdəlik olmalıdır ki, Ermənistanın qanunvericiliyində hər hansı gələcək dəyişikliklər bu vəziyyəti qısa, uzun və ya orta perspektivdə dəyişmək imkanı yaratmasın. Çünki biz bunu bir dəfə yaşamışıq. Sovet dönəmində bizim maneəsiz keçidimiz var idi, amma bu pozuldu və 300 mindən çox əhalisi olan bölgə blokada şəraitində qaldı. Hər hansı siyasi konfiqurasiyanın dəyişməsi elementlərindən asılı olmayaraq, sərbəst və maneəsiz keçidin təmin olunmasını Azərbaycan gözləyir və bu istiqamətdə səylərimiz davam edir”.

Naxçıvana maneəsiz yol Zəngəzur dəhlizi təşəbbüsünün, bu təşəbbüs isə böyük Orta dəhliz ideyasının tərkib hissəsidir. Paşinyanın komandasında Orta dəhliz ideyasının nədən ibarət olduğunu az-çox bilirlər. Anlaşılmayan məqam isə “Dünyanın kəsişməsi”ni bu məsələ ilə əlaqələndirmək, Ermənistanı qlobal dəhlizin mərkəzində təsəvvürə gətirməkdir. Birincisi, rəsmi İrəvanın Orta dəhlizə töhfə baxımından təqdim edəcəyi heç nə yoxdur. Yəni ölkə nə real iqtisadi resursa, nə də xammala malikdir.

İkincisi, Ermənistan otuz ilə yaxın təcavüzkar siyasət yürütməklə regional kommunikasiyaları blokda saxlamış ölkədir. Doğrudur, erməni hakim dairələri işğal edilmiş ərazilərimizi tranzit baxımından istifadə ediblər. Söhbət narkotik tranzitindən gedir ki, bu yolla koçaryanların və sarkisyanların külli-miqdarda vəsait qazandıqları faktdır. İndi belə bir ölkə durub qlobal kommunikasiya habında mərkəzi fiqur iddiasına düşür.

Məlumdur ki, Naxçıvana yol məsələsi 44 günlük müharibənin yekunlarını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapıb. Bəyanatın 9-cu bəndində bildirilib: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Qeyd edək ki, N.Paşinyan bu günlərdə üçtərəfli Bəyanatın heç bir yerində Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin məhdudlaşdırılmalı olduğunun yazılmadığını bildirib. Deməli, rəsmi İrəvan çox həyasızcasına bir daha sözügedən sənədə məhəl qoymayacağını açıqlayır. Tipik erməni xislətindən irəli gələn bu yanaşma, eləcə də Nikolun digər dedikləri Naxçıvana yola imkan verməmək üçün ortaya atılmış “Dünyanın kəsişməsi”ni beynəlxalq ictimai rəyə sırımaq üçün fürsət məqsədini daşıyır. Paşinyan bu məqsədlə populist “formul” da düşünüb. Bu “formula” görə, ilk növbədə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsi bərpa olunacaqmış. Nikol beynəlmiləl cildə girib barəsində söz açdığı əlaqəyə regional kommunikasiyaların bütün seqmentlərini əlavə edirmiş kimi davranır. Əslində, onun bildirdikləri Ermənistanın Naxçıvana dəmir yolunu şərtlə açmaq istəyinin ifadəsidir. Sən demə, Azərbaycandan Azərbaycana, yəni Naxçıvana Ermənistan ərazisindən qatarlar getdiyi kimi, Ermənistandan Ermənistana yəni Mehridən Yerasxa da qatarlar Azərbaycan ərazisindən keçərək yön almalı imiş.

“Dünyanın kəsişməsi”nə əsaslanmış “formulun” avtomobil yolu seqmentinə gəlincə, Paşinyan bildirir ki, hazırda avtomobil yolu hazır olmadığından, regional kommunikasiyaların tez açılması üçün Laçın–Kornidzor–Marqara marşrutu üzrə hərəkət edilməlidir. Yəni yük daşıyan TIR-lar Azərbaycanın Laçınından Ermənistanın Kornidzoruna daxil olmalı, oradan Türkiyə ilə sərhəddəki Marqaraya yetişməlidirlər. Sanki, 43 kilometrlik Mehri marşrutu üzrə avtomobil yolu çəkmək çətin məsələ imiş. Ancaq hiyləgərlik bununla məhdudlaşmır.

Diqqət yetirək, Nikol Ermənistan ərazisi Mehridən ölkənin digər, özü də Naxçıvan kimi blokadada olmayan ərazisi olan Yerasxa yolu asanlaşdırdığı halda, Laçın–Kornidzor–Marqara marşrutu təklifi ilə ağır tonnajlı yük avtomobillərini dağ yamaclarında hərəkətə gətirməkdən söz açır. Amma onun düşünmədiyi budur: Məqsəd Orta Asiyadan və Çindən daşımaların Türkiyə vasitəsilə Qərbə çatdırılmasıdır. Bu iş hazırda Gürcüstan üzərindən onsuz da həyata keçirilir. Başlıca məqsəd isə daşımaların həyata keçirilməsini maksimum tez zamanda reallaşdırmaq, mövcud istiqamətdə vaxt itkisinin qarşısını almaqdır. Bu baxımdan Naxçıvana yolun alternativi, hər bir halda, yoxdur. Deməli, həmin yol baxımından Azərbaycanın irəli sürdüyü şərt də alternativsizdir. O şərt ki, onun bazasında Ermənistanın 44 günlük müharibə məğlubu olması reallığı dayanır. Yəni ölkə bu şərti həm də üzərinə öhdəlik götürdüyü üçün yerinə yetirməlidir.

Ancaq, necə deyərlər, ayının min oyunu bir armudun başındadır. Ermənistanın hakim komandası “Dünyanın kəsişməsi” və onun müxtəlif “formulları” ilə məhz Naxçıvana quru yoluna imkan vermək istəmir. Paşinyanın təklifi də bundan qaynaqlanır. Hesab edirik ki, rəsmi İrəvanın məqsədi, həmçinin həmin məqsəd naminə tutduğu manipulyativ xətt bəsit mahiyyət daşıdığından kifayət qədər asan oxunur.

Sonda onu da bildirək ki, Ermənistan bütün vasitələrlə Cənubi Qafqazda həm sülh mühitinin formalaşmasına, həm də regionun gerçək real əməkdaşlıq platformasına çevrilməsinə qarşı çıxmağa çalışır. “Dünyanın kəsişməsi” də bu məqsədlə ortaya atılmış ideyadır.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Aprel 2025 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri