Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Qərb mətbuatı davamlı şəkildə Üçüncü Dünya Müharibəsindən yazır.
Təhlükəli, riskli məsələlər barədə bir-birinin ardınca həyəcan təbili də çalınır.
Hətta dünyanın məhvinə gətirib çıxara bilən məqamlar barədə də mütəmadi olaraq, iddialar, fərziyələr və proqnozlar da ortaya atılır.
Maraqlıdır ki, dünyanı məhvə sürükləyə bilən həmin o müharibəni başlamağa çalışan, buna rəvac verən kimdir axı?
Görünən odur ki, elə buna, məhz həmin müharibəyə rəvac verənlər özləri daş atıb baş tuturlar və günahı da başqalarının üstünə atmağa çalışırlar.
Çünki özləri məsuliyyətdən qorxurlar, axmaqcasına da bunu edəcəklərinə, yəni kimə isə böhtan ata biləcəklərinə inanırlar və hətta elə zənn edirlər ki, belə bir böhtanı atmaq üçün kifayət qədər təcrübəlidirlər.
Məhz ona görə də bu həm qorxaqlıq, həm axmaqlıq, həm də təcrübəlilik kimi görünə bilər və baş verənlərin pərdəarxasında hələ çox məsələlər də gizlənir...
Yalnız üç “böyük” adam belə bir göstəriş verə bilər... Dünyanın bir çox mətbuat səhifələrində açıq şəkildə qeyd olunur ki, bu dəfə dünya müh