Icma.az
close
up
RU
Dünyanın məhvinə çalışan ÜÇLÜK

Dünyanın məhvinə çalışan ÜÇLÜK

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərb mətbuatı davamlı şəkildə Üçüncü Dünya Müharibəsindən yazır. Təhlükəli, riskli məsələlər barədə bir-birinin ardınca həyəcan təbili də çalınır. Hətta dünyanın məhvinə gətirib çıxara bilən məqamlar barədə də mütəmadi olaraq, iddialar, fərziyələr və proqnozlar da ortaya atılır. Maraqlıdır ki, dünyanı məhvə sürükləyə bilən həmin o müharibəni başlamağa çalışan, buna rəvac verən kimdir axı? Görünən odur ki, elə buna, məhz həmin müharibəyə rəvac verənlər özləri daş atıb baş tuturlar və günahı da başqalarının üstünə atmağa çalışırlar. Çünki özləri məsuliyyətdən qorxurlar, axmaqcasına da bunu edəcəklərinə, yəni kimə isə böhtan ata biləcəklərinə inanırlar və hətta elə zənn edirlər ki, belə bir böhtanı atmaq üçün kifayət qədər təcrübəlidirlər. Məhz ona görə də bu həm qorxaqlıq, həm axmaqlıq, həm də təcrübəlilik kimi görünə bilər və baş verənlərin pərdəarxasında hələ çox məsələlər də gizlənir...

Yalnız üç “böyük” adam belə bir göstəriş verə bilər...

Dünyanın bir çox mətbuat səhifələrində açıq şəkildə qeyd olunur ki, bu dəfə dünya müharibəsinin başlamasına Bayden “icazə verib”, yəni bu, məhz Ağ Evin əvvəlki “sahibi” tərəfindən qızışdırılıb. Məsələ burasındadır ki, düzdür, indi Bayden artıq “nə isə” deyə bilmir. Bunu hər kəs çox yaxşı bilir. Onu da hər kəs yaxşı bilir ki, ABŞ Demokratları özləri belə Baydeni seçki kampaniyasından tamamilə kənarlaşdırıblar. Əslində, onun məhz Trampın inaqurasiyasına iki ay qalmışa qədər ortada olması və dincəlmək üçün öz “rançosuna” getməsi öncədən planlaşdırılıb. Düzdür, nüvə partlayışının episentrində dincəlmək çox ağlasığmaz bir “zövq” hesab oluna bilər və bununla razılaşmamağı başa düşmək də çətin deyil. Amma indi bunun heç bir əhəmiyyəti yoxdur və sual doğuran məqamlar tamamilə fərqlidir, çünki dünyanı düşündürən məsələlər daha narahat edici və daha aktualdır...

Maraqlıdır, görəsən, Ukraynanın müharibə ocağına çevrilməsi qərarını, həmin ölkədə bütün bu döyüşlərin olması əmrlərini kim verib? Axı bu məsələlər Konqresdə müzakirə olunmayıb. Heç Senatda da müzakirə olunması barədə məlumat yoxdur və kimsə də iddia ilə çıxış edə bilməz. Əslində, bununla bağlı sənədləri heç kim görməyib. Nə də Ağ Evin saytında bununla bağlı informasiya yayımlanmayıb, ancaq mediada müvafiq şəkildə rast gəlinib. Nəticədə belə məlum olur, daha doğrusu belə çıxır ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceykob Sallivan, ABŞ dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostin olmaqla, yalnız üç “böyük” adam belə bir göstəriş verə bilər...

Baş verənlər, müşahidə edilənlər paradokslardır

ABŞ qarşısında bir sual qoyula bilər ki, axı Ukraynaya niyə pul köçürürlər? Onlar Trampın hansısa “yanğını” söndürə bilməməsi üçün müharibə alovunu daha da qızışdırmaqmı niyyətindədirlər? Burada məqsəd nədən ibarətdir və istəkləri nədir? Əgər Respublikaçılar xərcləri azaltmağa çalışırlarsa, hakimiyyət başına gəldikləri andan ABŞ-ın Ukraynaya çox pul xərclədiyini dönə-dönə deyirlərsə, indi bu pul köçürülməsini necə başa düşək? Diqqətə çatdıraq ki, ABŞ Hesablama Palatası, hər il büdcədən yarım trilyon dollar vəsaitin, düz 500 milyard dolların rəsmi fırıldaqçıların cibinə axdığını, yəni, yoxa çıxdığını bildirib. Bütün bunların fonunda, üstəlik, Kiyevin 4,5 milyard məbləğində borclarını Co Bayden administrasiyasının silmək niyyəti də çox gülünc görünür. Çünki heç bir məntiqi ardıcıllıq yoxdur və nə istənildiyi, hansı niyyətin ortada olduğu sual altında qalır. Ən azında bütün bu sadalanan hallar təzad kimi görünür.

ABŞ tərəfindən atılan addımlar şəksiz-şübhəsiz paradokslar olaraq qəbul edilməkdədir. Yəni, baş verənlər, müşahidə edilənlər paradokslardır. Bütün dünya ictimaiyyəti nəyin necə olduğunu, hadisələrin hansı məcrada baş verdiyini, bundan sonra necə davam edəcəyini başa düşməyə çalışır. Görüntülər, ortada olan mənzərə isə fərqli təsəvvürlər yaradır. Belə görünür ki, Ağ Evin sahibi yanğını söndürmək niyyətini bəyan etdiyi bir məqamda yenə də münaqişəni qızışdırmaq istəyən, yaxud da Üçüncü Dünya Müharibəsi kimi bir ssenarini ortaya atan həm qorxaq, həm axmaq, həm də çoxbilmiş ola bilər. Çünki burada qorxu əlaməti də, axmaqlıq da, çoxbilmişlik də özünü göstərir və istənilən halda, hər üçünün bir arada olması dünyanın məhvinə rəvac verir.

Amerikanın belə itgilərlə üz-üzə qaldığı məqam eyni ilə bir filmi, Qaydayın məşhur "I Əməliyyatı" filmini xatırladır

Qərb mediası artıq 2025-ci ilin Kiyev “macərası” üçün son il olacağını açıq-aşkar şəkildə yazır. Xüsusən vurğulanır ki, növbəti ildə, gələn ildə danışıqlar gözlənilir və bu danışıqlar fonunda atəşkəs də olacaq. Yəni, artıq Qərb mediası müharibənin, Ukraydana savaşın dayandırılacağını aydın şəkildə proqnozlaşdırır və güman etmirik ki, bu proqnoz əsassızdır. Çox güman ki, hansısa bir əsasa söykənərək öncədən belə bir proqnoz verilir. "Müzakirələr 2025-ci ildə başlayacaq və bu baş verdikdə, döyüşlər qəfildən hətta atəşkəs həddinə qədər belə səngiyə bilər. Danışıqlar davam edərkən, ən azından dondurulmuş münaqişə yaranacağı gözlənilir. Bəli, bu məsələnin yarımçıq həllidir, amma indiki vəziyyətdən daha yaxşıdır”, deyə “The Economist” nəşrində qeyd olunursa, deməli, artıq planlar “cızılıb”, qarşıda gözləntilər var və heç də Ukrayna sona qədər “dəstək” görməyəcək. Bunu başda elə başbilənləri, ölkə rəhbərləri olmaqla, ukraynalılar özləri də başa düşürlər. Onu da başa düşürlər ki, dəstəyin dayandırılması ilə Ukrayna dərhal uduzmalı olacaq. Şəxsən Zelenski özü də Fox-a müsahibəsində etiraf edib ki, ABŞ ona silah verməyi dayandırsa, Ukrayna uduzacaq. Bu məqamda daha bir sual ortaya çıxır ki, bəs yaxşı, Tramp administrasiyası uduzmaqda olan Kiyev “avantürasına” davamlı şəkildə bu qədər pul xərcləndiyini necə “başa düşəcək” və necə “qəbul” edəcək? Maraqlıdır, şəxsən amerikalılar üçün indi mənasız görünən bütün bu vəsaitlərə görə kim məsuliyyət daşıyacaq? Bu qədər “mənasız” vəsait itgisi necə ört-basdır ediləcək və ümumiyyətlə buna nə ad qoyulacaq?

Amerikanın belə itgilərlə üz-üzə qaldığı məqam eyni ilə bir filmi, Qaydayın məşhur "I Əməliyyatı" filmini xatırladır. Həmin filmdə itgiləri, çatışmazlıqları ört-basdır etmək üçün anbarı qarət etməli olan üç nəfər oğrunun, qorxaq, axmaq və çoxbilmişin “işə” cəlb olunması səhnəsi necə də hazırki vəziyyətə eynən oxşayır. Bu məqamda “qorxaq” məhz Pentaqonun rəhbəri, bir dəfə də olsun müharibədə qalib gəlməyən Ostin, “çoxbilmiş” hələ Obamanın belə dövründə “öz yerində” olan Blinken, “axmaq” isə məhz Bayden kimi davranan, dünyanı müharibəyə sövq edən Sallivandır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Noyabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see260

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see239

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see238

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see231

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see229

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see221

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see219

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see219

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see203

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see200

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see200

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see199

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see199

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see195

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see192

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see188

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see183

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see176

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri