Dünyanın sonuna bir addım daha: Qiyamət saatı yeniləndi Sona bu qədər yaxın olmamışdıq | I…
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın Çikaqo şəhərində yerləşən "Qiyamət günü saatı" 26-cı dəfə yenilənib.
Dünyanın məhv olmasına qalan vaxtı simvolizə edən bu saat son qlobal hadisələrin təsiri ilə bir daha geri çəkilib.
Qaynarinfo xəbər verir ki, saatın yenilənməsinə səbəb kimi Rusiya-Ukrayna müharibəsi, İsrailin Yaxın Şərqdəki aqressiv siyasəti, süni intellektin sürətli inkişafı və iqlim dəyişikliyi göstərilir.
İnsanlıq heç vaxt bu qədər yaxın olmamışdı 1947-ci ildə yaradılan bu simvolik saat, Atomik Alimlər Bülleteni (Bulletin of Atomic Scientists) tərəfindən mütəmadi olaraq yenilənir.
Başlanğıcda 7 dəqiqə olaraq təyin edilən saat, bu günə qədər 26 dəfə dəyişdirilib.
"Mail Online" nəşrinin məlumatına görə, 78 illik tarixində insanlığın məhvinə heç vaxt bu qədər yaxınlaşmadığı bildirilib.
II Dünya müharibəsindən sonra Soyuq müharibə dövründə təhlükələrə diqqət çəkmək məqsədilə yaradılan saat, bu dəfə 1 saniyə irəli çəkilərək məhvə cəmi 89 saniyə qalmış kimi göstərilib.
Tam oxu
Xəbəri oxu