Dünyanın sonunu gətirə biləcək SAVAŞ ALOVLANIR “Yaxın günlərdə...” | Icma.az
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran İsrail və ABŞ-ın hərəkətlərindən ehtiyat edərək, əsas nüvə obyektləri yaxınlığında müdafiəni gücləndirib.
Bu barədə "Telegrаf" qəzeti məlumat yayıb.Nəşr yazır ki, İran hakimiyyəti hər gecə hücumun ola biləcəyini gözləyir.
Bu səbəbdən hətta heç kimə məlum olmayan obyektlərdə də hər şeyi yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.“Tehran ölkənin varlığını təhlükə altına ala biləcək kütləvi zərbədən ehtiyat edir”, – nəşrin məqaləsində qeyd olunur.Ondan əvvəl isə İran hökumətinin nümayəndəsi Fatimə Mohacerani mətbuat konfransında Tehranın ABŞ ilə danışıqlardan imtina etdiyini bildirib.İran tərəfi bu imtinanı ABŞ Prezidenti prezident Donald Tramp administrasiyasının məsələni diplomatik yolla həll etməyə hazır olmaması ilə əlaqələndirib: "Danışıqlar şərtləri nəzərdə tutur.
Güc dili danışıqlar prosesinin bir hissəsi deyil və elan edilən maksimum təzyiq danışıqlara kömək etmir.
Biz qarşı tərəflə danışıqlara "yox" deyirik, çünki onlar diplomatiya dilini başa düşmürlər.
Dünya gördü ki, Birgə Hərtərəfli Fəaliyyət Planı İranın səyləri ilə imzalanıb, lakin hər şeyə məhz onların birtərəfli qaydada çıxması nəticəsində son qoyulub".Nə baş verir?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov qeyd edir ki, Tehran danışıqlardakı mövcud şəraitə etirazını bildirir:“İranın ABŞ-la aparılan nüvə danışıqlarından imtina etməsi barədə açıqlamanı ilk olaraq ölkənin XİN rəhbəri rusiyalı həmkarı Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında bəyan edib.
O, sanksiya və təzyiqlər altında danışıqlar aparmaq istəmədiklərini bildirməklə danışıqlar şəraitinə etirazını bildirib”.Politoloqun fikrincə, İran danışıqlardan imtina edə bilməz: “Nə də indiki şəraitdə ABŞ İranın nüvə obyektlərinə dərhal zərbə endirməklə bağlı qərar qəbul edə bilər.
Tam oxu
Xəbəri oxu