Icma.az
close
up
RU
Dünyanın sonunu gətirə biləcək SAVAŞ ALOVLANIR “Yaxın günlərdə...”

Dünyanın sonunu gətirə biləcək SAVAŞ ALOVLANIR “Yaxın günlərdə...”

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran İsrail və ABŞ-ın hərəkətlərindən ehtiyat edərək, əsas nüvə obyektləri yaxınlığında müdafiəni gücləndirib. Bu barədə "Telegrаf" qəzeti məlumat yayıb.
Nəşr yazır ki, İran hakimiyyəti hər gecə hücumun ola biləcəyini gözləyir. Bu səbəbdən hətta heç kimə məlum olmayan obyektlərdə də hər şeyi yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
“Tehran ölkənin varlığını təhlükə altına ala biləcək kütləvi zərbədən ehtiyat edir”, – nəşrin məqaləsində qeyd olunur.
Ondan əvvəl isə İran hökumətinin nümayəndəsi Fatimə Mohacerani mətbuat konfransında Tehranın ABŞ ilə danışıqlardan imtina etdiyini bildirib.
İran tərəfi bu imtinanı ABŞ Prezidenti prezident Donald Tramp administrasiyasının məsələni diplomatik yolla həll etməyə hazır olmaması ilə əlaqələndirib:
"Danışıqlar şərtləri nəzərdə tutur. Güc dili danışıqlar prosesinin bir hissəsi deyil və elan edilən maksimum təzyiq danışıqlara kömək etmir. Biz qarşı tərəflə danışıqlara "yox" deyirik, çünki onlar diplomatiya dilini başa düşmürlər. Dünya gördü ki, Birgə Hərtərəfli Fəaliyyət Planı İranın səyləri ilə imzalanıb, lakin hər şeyə məhz onların birtərəfli qaydada çıxması nəticəsində son qoyulub".
Nə baş verir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov qeyd edir ki, Tehran danışıqlardakı mövcud şəraitə etirazını bildirir:
“İranın ABŞ-la aparılan nüvə danışıqlarından imtina etməsi barədə açıqlamanı ilk olaraq ölkənin XİN rəhbəri rusiyalı həmkarı Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında bəyan edib. O, sanksiya və təzyiqlər altında danışıqlar aparmaq istəmədiklərini bildirməklə danışıqlar şəraitinə etirazını bildirib”.
Politoloqun fikrincə, İran danışıqlardan imtina edə bilməz:

“Nə də indiki şəraitdə ABŞ İranın nüvə obyektlərinə dərhal zərbə endirməklə bağlı qərar qəbul edə bilər. İran ötən ilin dekabrı və cari ilin yanvarında Avropa ölkələrilə nüvə məsələsilə bağlı danışıqlar apardı və bəyan etdi ki, Qərbin bütün narahatlığını aradan qaldırmağa hazırdırlar. Tehran ona əlavə olaraq nüvə silahı yaratmaq fikrində olmadığını da bildirib.
Onda İran niyə uranın 80 faizə qədər zənginləşdirilməsinə nail olub? Nüvə silahını yaratmaq üçün isə uran 90 faizə qədər zənginləşdirilməlidir. Atom elektrik stansiyalarında istifadə üçün uranın maksimum 5 faiz zənginləşdirilməsinə ehtiyac var”.
Həmsöhbətimizin fikrincə, vəziyyət kifayət qədər gərgin olsa da, danışıqlar imkanı da tükənməyib:
“İran əslində bu danışıqlardan imtina etməyib. Sadəcə olaraq, sanksiyalar və təzyiqlər altında danışıqlar aparmağa etiraz edir. 2018-ci ildə tətbiq edilən sanksiyalar İran iqtisadiyyatına ağır zərbə vurub. Nəticədə İran iqtisadiyyatı hələ də 2017-ci il səviyyəsinə belə çata bilməyib. Tehran vəziyyəti düzəltmək üçün yollar axtarır ki, əsas yol da sanksiyaların götürülməsidir. Tramp isə hələlik bu addıma getmir”.
A.Səmədov güman edir ki, yaxın günlərdə bu istiqamətdə müəyyən addımlar atıla bilər:
“Danışıqlar yolu ilə İranın nüvə silahı əldə etməsindən imtinasına nail olmaq mümkündür. Belə bir razılaşma 2015-ci ildə əldə olundu. Ona əsasən İran uranı yalnız 3,7 faizə qədər zənginləşdirmək öhdəliyi götürüb. Sonradan ABŞ bu razılaşmadan çıxaraq, İrana sanksiyalar tətbiq etdi. Güman edirəm ki, yaxın zamanlarda danışıqlar yenidən davam etdiriləcək. İran da onu gözləyən təhlükələri anladığından Qərbin əsas tələblərini qəbul etməli olacaq”.
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:597
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Fevral 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri