Icma.az bildirir, Tribuna saytına əsaslanaraq. Yaradıcılıq və şəxsiyyət üst-üstə düşməlidirmi?
Bu mövzu ölkəmizdə heç zaman birmənalı qarşılanmır. Xüsusən də yerli müəlliflərə qarşı.
Amma dünya sənət adamları barədə oxucularımız bu cür düşünmür nədənsə. Bu nədən irəli gəlir?
Məsələ ilə bağlı Tribunainfo.az-ın sorğusunu cavablayan yazıçı, tərcüməçi Kamran Nəzirli bildirib ki, əvvəlcə anlamaq lazımdı ki, ümumiyyətlə, şəxsiyyət nə ilə ölçülə bilər.
Daha sadə dillə xarakterizə etsək, şəxsiyyətin şəxsiyyət olduğunu müəyyən etmək üçün onun fərd kimi xarakteristikasını, misal üçün, xarakterini, qabiliyyətlərini, temperamentini, motivasiyasını, emosiyalarını, fiziki, intellektual, davranış və digər psixoloji keyfiyyətlərini bilmək lazımdır.
Yazıçının sözlərinə görə, temperament və ya xarakter deyəndə şəxsiyyətin psixikasındakı prosesləri, onun ətrafdakı adamlara və proseslərə qarşı təsirini, davranışlarını nəzərdə tuturam; bura həm də onun anadangəlmə fərdi keyfiyyətləri və yaxud həyatı boyu əldə etdiyi təcrübəsi, dünyagörüşü, hadisələrə və proseslərə fəal və passiv müdaxiləsi və sair kimi cəhətlərini aid etmək olar.
İnsanın şəxsi keyfiyyətləri ilə yaradıcılıq xüsusiyyətləri üst-üstə düşməyə bilər.
“Yəni, əgər biz sənətkarı sənətkar kimi, şəxsiyyəti isə şəxsiyyət kimi dəyərləndirmək istəsək, çox vaxt tamam əks nəticələr ala bilərik.