Icma.az
close
up
RU
“Dünyaya əxlaq dərsi keçən Tolstoyun şəxsiyyəti…” Kamran Nəzirli

“Dünyaya əxlaq dərsi keçən Tolstoyun şəxsiyyəti…” Kamran Nəzirli

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Yaradıcılıq və şəxsiyyət üst-üstə düşməlidirmi? Bu mövzu ölkəmizdə heç zaman birmənalı qarşılanmır. Xüsusən də yerli müəlliflərə qarşı. Amma dünya sənət adamları barədə oxucularımız bu cür düşünmür nədənsə. Bu nədən irəli gəlir?

Məsələ ilə bağlı Tribunainfo.az-ın sorğusunu cavablayan yazıçı, tərcüməçi Kamran Nəzirli bildirib ki, əvvəlcə anlamaq lazımdı ki, ümumiyyətlə, şəxsiyyət nə ilə ölçülə bilər. Daha sadə dillə xarakterizə etsək, şəxsiyyətin şəxsiyyət olduğunu müəyyən etmək üçün onun fərd kimi xarakteristikasını, misal üçün, xarakterini, qabiliyyətlərini, temperamentini, motivasiyasını, emosiyalarını, fiziki, intellektual, davranış və digər psixoloji keyfiyyətlərini bilmək lazımdır.

Yazıçının sözlərinə görə, temperament və ya xarakter deyəndə şəxsiyyətin psixikasındakı prosesləri, onun ətrafdakı adamlara və proseslərə qarşı təsirini, davranışlarını nəzərdə tuturam; bura həm də onun anadangəlmə fərdi keyfiyyətləri və yaxud həyatı boyu əldə etdiyi təcrübəsi, dünyagörüşü, hadisələrə və proseslərə fəal və passiv müdaxiləsi və sair kimi cəhətlərini aid etmək olar. İnsanın şəxsi keyfiyyətləri ilə yaradıcılıq xüsusiyyətləri üst-üstə düşməyə bilər.

“Yəni, əgər biz sənətkarı sənətkar kimi, şəxsiyyəti isə şəxsiyyət kimi dəyərləndirmək istəsək, çox vaxt tamam əks nəticələr ala bilərik. Burda təəccüb edələsi də bir şey yoxdur. Dünya yaranandan yaradıcı adamların (istər yazıçı, şair, filosof olsun, istərsə də rəssam, bəstəkar və digər yaradıcılıq sahəsində çalışan adam olsun, fərq eləməz!) yaradıcılığıyla şəxsiyyətləri arasında çox böyük fərqlər olub, var və olacaq. Çox nadir hallarda sənət adamının şəxsiyyətilə yaradıcılığı üst-üstə düşür. Vaxtilə İtalyan professoru Лaмброзо (1835-1909) demək olar ki, bütün tarixi şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin (buraya yazıçılar, şairlər, rəssamlar, siyasi xadimlər və s. daxildir) şəxsi keyfiyyətləri və xarakteristikalarıyla bağlı maraqlı tədqiqat aparmışdı. Lambrozo yazır ki, “bütün dahilər, bütün ruhi cəhətdən xəstə adamlar həddən artıq həssas olurlar, xüsusilə atmosfer təzyiqinə və temperaturun yüksək olmasına qarşı…Yaradıcı dahi adamların sinir sistemləri qeyri-adi dərəcədə zəif olur. Misal üçün normal adama iynə vursan hiss etməz, amma dahi adam elə bilər ki, ona xəncər soxurlar…Bu nevrozun əlamətlərindən biridir”. Onlar bəzən xoşbəxtlikdən də ölə bilirlər, həm kağız üzərində nəsə yazıb bitirəndə, həm də elə həyatda. Şairlər, filosoflar və s… çox vaxt şəxsi keyfiyyətlərinə görə heyrət doğura bilirlər. Tarixdə bunun nümunələri çox olub və indi də var. Nyutonun tənqidə heç dözümü olmayıb, onu tənqid edən adamı öldürə də bilərdi. Dahilik və dəlilik! Birinci hal yaradıcılıqla bağlıdır, ikincisi isə adamın şəxsi və ya fiziki halıyla. Elə həmin Lambrozo deyir ki, elə hallar da olur ki, bir rəssam dəlixanaya düşür və qəflətən orda dönüb olur şair. Və yaxud əksinə… Ümumiyyətlə, mən də belə hesab edirəm ki, yaradıcı adamların əksəriyyətinin şəxsiyyəti onların fiziki, irsi və psixoloji halıyla bağlı olur. Bu da onların birbaşa ailə həyatına, ictimai-sosial statusuna neqativ təsir göstərib. Misal üçün, Lermontov, Qoqol, Şopenhauer, Dekart, Mikelanjelo, Spinoza, Kant, Nyuton, Russo…heç vaxt evli olmayıblar; hətta Fransız inqilabının ideoloqu sayılan Russo “Tövbə” əsərində özü belə etiraf edib ki, birgə yaşadığı qadınla heç vaxt yatıb-durmayıb, qadın isə küçədən gedən naməlum bir adamdan uşağa qalıb. Axırda da dəli olub, Allaha məktub yazıb, aparıb qoyub kilsədə mehrabın altına, gözləyib ki, Allah ona cavab yazacaq… Arximed məşhur “Evrika” deyib qışqırandan sonra vannadan çıxıb lüm-lüt küçəyə qaçıbmış…”Qulliverin səyahəti”nin müəllifi Conatan Sfivt həm keşiş idi, həm də antidin kitablar yazırdı, sonra da ağlını itirdi, dəli oldu… Götürək Nitcşe, Mayakovski, Sartrı…Onların saxta nigahları olub. Amma ailəli dahilər də olub – Sokrat, Şekspir, Dante, Bayron…Baxaq görək, şəxsi həyatda xoşbəxt ola biliblərmi? Yox! Nəyə görə? Şəxsi keyfiyyətlərinə görə. Onların şəxsiyyətinin formalaşmasında şəxsi və psixoloji xüsusiyyətlərində problemlər olub. Bernard Şou ədəbiyyatda yeniliklər etsə də, şəxsi həyatında da “oyunbazlıq” etmişdi: o, öz arvadı Şarlotta ilə evlənəndə qadınla şərt kəsir ki, mənə ər-arvad münasibətlərində cinsi əlaqəylə bağlı tələbkarlıq göstərməyəcəksən. Dünyaya əxlaq dərsi keçən Lev Tolstoyun şəxsiyyətində də problemlər olub. 12 uşaq atası olsa da, arvadıyla, dostlarıyla yola getməyib, Turgenevə “əclafdır, onu döymək lazımdır!” deyib, Turgenev də öz növbəsində ona söyüşlər yağdırıb, sonra duelə çağırıb, daha sonra isə barışıblar. Bütün bunlar nəyin üstündə olub? Turgenev Tolstoya hekayəsini oxuyarkən sonuncu mürgüləyibmiş! Bu da Turgenevin qüruruna toxunub. Bu misalların sayını nə qədər desəniz artırmaq olar. Məsələ bundadır ki, şəxsiyyətin formalaşmasında mühüm rol oynayan yuxarıda sadaladığım amillər kimsədə az dərəcədə, kimsədə çox dərəcədə özünü göstərə bilər. Bizdə də belə hallar az olmayıb və var. Nümunələr gətirmək istəmirəm, gözümüzün qabağında o qədər yaradıcı insan var ki, şəxsiyyəti və onu formalaşdıran qüsurlu keyfiyyətləri yaradıcılığı ilə üst-üstə düşmür. Təəssüf etsəm də, normal baxıram. Lakin şəxsən mən daha çox şəxsiyyətə önəm verirəm. Sən dahi ola bilərsən, şəxsiyyətin heçdirsə, dahiliyin kimə lazımdır ki!? Atomu yaradan Eynşteynin şəxsiyyətində çox böyük qüsurlar vardı, elə ona görə də dünyanın başı bəlalar çəkir də!!! Amma dünya tarixində, o cümlədən bizdə, nümunəvi şəxsiyyətlər və sənətkarlar da olub, var və ümid edirəm ki, gələcəkdə də olacaq!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 Fevral 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri