Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Düşündüm ki, bu səslə müğənni ola bilməyəcəyəm” Əməkdar artist Sənubər İsgəndərli müğənnilik fəaliyyətini dayandırmasından danışıb.OLAY yazır ki, bu barədə o, ARB TV-də yayımlanan “Pərvizə görə” layihəsində açıqlama verib:“1995-ci ildə “Məhəbbət olmayanda” mahnısı çıxdı.
O zaman bir az boşluq idi. Bilirsən ki, yaradıcı insan boş-bekar qal bilmir, ürəyi partlayır ki, nəsə edim.
Teatra fasilə verilmişdi, kinostudiya bərbad günə düşmüşdü. Onda da sponsor filmləri yox idi. Mahnı da təsadüf nəticəsində alındı.
Sonra 1-2 mahnı çıxdı, bəyənildi. Bir müddət keçdi, Ulu Öndərimiz Heydər Əliyev teatra gəlməyə başladı, yeni ruh, ab-hava gəldi, dalbadal ta
Düşündüm ki, dayanmaq lazımdır. Həyatda işin birini tam görməlisən, yarımçıq papaqçılıq olmasın.
Onsuz da tamaşalarda mahnı oxuyuruq, rəqs edirik. Düşündüm ki, bəsdir.
Mənim üçün müğənnilik getdim studiyada səs yazdırdm, haradasa pis oxudum, onu yerimə komputer düzəltdi deyil.