Icma.az
close
up
RU
“Düşündüm ki, bu səslə müğənni ola bilməyəcəyəm”

“Düşündüm ki, bu səslə müğənni ola bilməyəcəyəm”

Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Düşündüm ki, bu səslə müğənni ola bilməyəcəyəm”

Əməkdar artist Sənubər İsgəndərli müğənnilik fəaliyyətini dayandırmasından danışıb.

OLAY yazır ki, bu barədə o, ARB TV-də yayımlanan “Pərvizə görə” layihəsində açıqlama verib:

“1995-ci ildə “Məhəbbət olmayanda” mahnısı çıxdı. O zaman bir az boşluq idi. Bilirsən ki, yaradıcı insan boş-bekar qal bilmir, ürəyi partlayır ki, nəsə edim. Teatra fasilə verilmişdi, kinostudiya bərbad günə düşmüşdü. Onda da sponsor filmləri yox idi. Mahnı da təsadüf nəticəsində alındı. Sonra 1-2 mahnı çıxdı, bəyənildi. Bir müddət keçdi, Ulu Öndərimiz Heydər Əliyev teatra gəlməyə başladı, yeni ruh, ab-hava gəldi, dalbadal tamaşalar qoyuldu. Düşündüm ki, dayanmaq lazımdır. Həyatda işin birini tam görməlisən, yarımçıq papaqçılıq olmasın. Onsuz da tamaşalarda mahnı oxuyuruq, rəqs edirik. Düşündüm ki, bəsdir. Mənim üçün müğənnilik getdim studiyada səs yazdırdm, haradasa pis oxudum, onu yerimə komputer düzəltdi deyil. Mənim üçün müğənnilik canlı oxumaqdır, konsertlərdir. Sadəcə fonoqramı qoltuğuma vurum, harasa gedim, tək səsim gəlsin, belə deyil. Mən tam məşğul olmalıydım. Ona da fikirləşdim ki, gücüm yoxdur, səs imkanlarım şərait yarada bilməyəcək. Şükür olsun ki, ağlım, eşidən qulağım və düşüncəm var. Fikirləşdim ki, bu səslə istədiyim kimi müğənni ola bilməyəcəyəm. Onsuz da mən teatrla başlamışdım. 1985-ci ildə univeristetə daxil oldum, 1986-da televiziya tamaşasına, ardınca filmə çəkildim, Cahangir Mehdiyev məni ilk dəfə “Kişi sözü” filminə çəkdi. Yəni, kinoya çəkilirdim.  Düşündüm ki, sənətimi düz seçmişəm, ən yaxşısı budur”.

Sənətçi həmçinin səsi olmadan sənətə gələn ifaçılardan söz açıb:

“Son zamanlar səsinin fərqində olmayıb oxuyanlar ümumiyyətlə çoxdur. Yəqin ki, onların da bir amalı, məqsədi var. Allah hər kəsi məqsədinə çatdırsın. Son dövrlər İlkin Dövlətovun, Çinarə Məlikzadənin səsi çox xoşuma gəlir. Əvvəlki illərdən götürsək, Röya Ayxana, Faiq Ağayevə, Tünzalə Ağayevaya qulaq asıram. Aygün Kazımova ümumiyyətlə sevdiyim insandır. Bir çoxuna qulaq asıram. Amma mənə muğamı sevdirən Hacıbaba Hüseynov olub. İlk dəfə onda dinləyib sevmişəm, ondan sonra Alim Qasımovu çox sevdim. İndi də Mirələm Mirələmov çox gözəl səsə malikdir, çox gözəl oxuyur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://olay.az
archiveBu xəbər 22 Yanvar 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri