Icma.az bildirir, Ses qazeti portalına istinadən. Bu, cansız bir tablo deyil, evlərimizin divarından da asılmayıb.
Onunla hər gün yüzlərlə insanın keçdiyi şəhərimizin küçə, meydanlarında, park və xiyabanlarında qarşılaşırıq.
Bu tablonun “müəllifi” bir aydır, yayın geri çəkilib, yerini öz “əlləri” ilə təhvil verdiyi payızdır.
Budur, ağacların ağ saçlara dən düşmüş kimi yaşıldan sarıya çönən yarpaqları hələ də özünü payızın solğun günəşinə təslim etməyib yaşıllığını saxlayan otların üstündə qəribə bir harmoniya yaradıb.
Bir azdan xəfif bir külək əsir – payız küləyi. Xəzəl ömrü yaşayan yarparların havada rəqsinə bir bax?
Bu külək payızın hələ tam hakim kəsilmədiyi ağaclardan yalnız özünə məxsus olan sarı yarpaqları qoparıb alır qarşısına.
Küçələrdə, səkilərdə bir-biri ilə sanki “qovala-qaç” oynayır yarpaqlar, biri qaçır, o birilər düşür onun ardınca.
Nəhayət, toplaşırlar özlərinə sığınacaq sandıqları bir divarın dibinə, bir ağacın altına.