Icma.az
close
up
RU
Duyğuların və Zəfərin fəsli

Duyğuların və Zəfərin fəsli

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Bu, cansız bir tablo deyil, evlərimizin divarından da asılmayıb. Onunla hər gün yüzlərlə insanın keçdiyi şəhərimizin küçə, meydanlarında, park və xiyabanlarında qarşılaşırıq. Bu tablonun “müəllifi” bir aydır, yayın geri çəkilib, yerini öz “əlləri” ilə təhvil verdiyi payızdır. Budur, ağacların ağ saçlara dən düşmüş kimi yaşıldan sarıya çönən yarpaqları hələ də özünü payızın solğun günəşinə təslim etməyib yaşıllığını saxlayan otların üstündə qəribə bir harmoniya yaradıb. Bir azdan xəfif bir külək əsir – payız küləyi. Xəzəl ömrü yaşayan yarparların havada rəqsinə bir bax? Bu külək payızın hələ tam hakim kəsilmədiyi ağaclardan yalnız özünə məxsus olan sarı yarpaqları qoparıb alır qarşısına.

Küçələrdə, səkilərdə bir-biri ilə sanki “qovala-qaç” oynayır yarpaqlar, biri qaçır, o birilər düşür onun ardınca. Nəhayət, toplaşırlar özlərinə sığınacaq sandıqları bir divarın dibinə, bir ağacın altına. Bu dəfə artıq külək yarpaqları yerindən qopara bilmir, lakin onun təsirindən adamın qulağında bir-birinə toxunan xəzəllərin “xışıltı” adlı nəğməsi səslənir. Gözlər önündə, həqiqətən də, baxmaqla doyulmayan bir tablo var – payız tablosu. Səhərdən bəri şəhərimizdəki parklardan birində qarşısında dayandığım bu canlı tablonu daha bir qədər də seyr etmək üçün skamyalardan birində əyləşirəm.

Bir-birini əvəz edən mənzərələr məni xəyalən iki il əvvələ aparır- 44 günlük o payıza- Qarabağda Zəfər qazandığımız o payıza… 30 il Qarabağa kabus kimi çökən, baharın gəlməsini əngəlləyən o payıza… İşğal altında olan baharsız torpaqlarımızın payızına… Axı bu torpaqlar qovmuşdu baharı da, yayı da. Onlar bir qışla, bir də ki, payızla qəm ortağı, kədər yoldaşı olmuşdular. Azad olunanadək günəşsiz qalacaqlarına, baharın allı-güllü yaylığını başlarına salmayacaqlarına söz vermişdilər. Beləliklə də bu torpaqlara bir payız, bir də qış hakim olmuşdu. Günəşsiz payız, soyuq, sazaq, saralmış yarpaqlar, bir də ağappaq qar…

Qarabağ doğmasının ayaqlarını sinəsində duyanda baharı çağıracaqdı, çəməninə-düzünə al-əlvan güllərini səpələyəcəkdi. Başından qara örpəyini çıxarıb, al rənglini taxacaqdı.

2020-nin 44 günü- 44 günlük payızı, 30 illik bu yurdlara hakim payız özü öz əllərilə gətirdi baharı bu ellərə. Bir qərinəyə yaxın hökmranlığım ta bəsdi, dedi. Çəkildi bir kənara, yerini verdi o soyuqda, o sazaqda allı-güllü bahara. Minlərlə oğlumuzun-igid, qəhrəman övladımızın gəlişi ilə Qarabağa günəş doğdu. Torpaq, yurd-yuva, el-oba üçün axan qanlar çəmənlərin-düzlərin al-əlvan güllərinə, çiçəyinə döndü. Üçrəngli bayrağımız azad edilən yurdların başı üstündə dalğalandıqca, bu ellərə nəfəs gəldi, yaşamaq həvəsi gəldi.

Payız payızlığını göstərdi. Xəzəli ilə bircə anlıq yuxusunda əsgərimin başının altına yastıq, üstünə yorğan oldu. Özünü tutdu saxladı, yağışların çox yağdırmadı. Palçıq olar, əsgərimə əngəl olar, deyə… Əksinə bir kənara çəkilərək baharı səslədi. Lakin bahar vaxtı olmadığından əsgərim üşüdü də, dondu da, lakin bir addım da çəkilmədi. Ruhundakı baharla-günəşlə payızı-onun sazağını dəf etdi. İrəliyə-irəliyə gedərək torpaqları yağıdan bir-bir azad etdi.

Payız ana oldu 44 gündə- Payız ana. Torpaq üçün canlarından keçərək şəhid olan övladları anasından əvvəl payız aldı qucağına. Oxşadı, öpdü üz-gözündən, göz yaşını leysan edib axıtdı üzlərinə. Minlərlə şəhidimə bayatı qoşdu, minlərlə qazimi qoynuna aldı, gizlətdi, ölməyə qoymadı.

Payız fəsillər fəsli oldu 44 gündə. 30 ilin işğalının sonu oldu Qarabağda. Elə o ildən də payız fəsillərin tacı oldu. Şəhidimizin şahidi kimi, Zəfərimizin də şahidi oldu.

Küçələrlə heç bir maneə rəqslərinə, qaçışmalarına xələl gətirməyən yarpaqların xışıltısı, bir də toran vaxtı olduğu üçün küçə işıqlarının bərq vurması ilə xəyallardan ayrılır, ətrafa nəzər salıram. Daha valehedici mənzərələrlə qarşılaşıram: işıq şüaları üzərinə düşən yarpaqların parıltısı, qızılı-sarı yarpaqların skamyaların üzərindəki gözəl xalı görüntüsü, yanımdan dəstə-dəstə ötən insanların payızın xoş mənzərələrini bir-birilərinə göstərərək onu körpə bir uşaq kimi oxşamaları... Bir qədər aralıda qoca, cavan, uşaq-bir xeyli adamın bu təmiz havanı ciyərlərinə çəkmək üçün gəzişdikləri və addımların xəzəlin yeni bir “nəğməsini” yaratdığını..

Qalxıram… Sıx ağacların cərgəsi önündə addımlayıram. Payızın yeni bir nəğməsini dinləyə-dinləyə addımlayıram. Bu nəğmə payızın qürur nəğməsidir. Payız fəxr edir Qarabağ qələbəsi ilə, o qələbəyə şahidlik etməsi ilə. O qələbənin onun qoynunda qazanılması ilə… Dinlədiyim nəğmədə bütün bunlar həzin-həzin misralanıb, bəndləşib, gözəl, könülləri oxşayan, qəlblərə qürur, sevinc dolduran bir nəğməyə çevrilib. Bu nəğmə payızın tablosu qarşısında onun füsnunu bir qədər də gözəlləşdirir. Baxdıqca doyulmaz, gözləri, könülləri oxşayan edir: Zəfər fəslini, qürur fəslini, rənglərin harmoniyası ilə özü öz rəsmini çəkən payız fəslini…

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri